spot_img
28 марта, 2024

Oracle 11gR2 Hands-On praktiki qurulumu

Dekabr ayının 21-i qrup görüşməsində ilk dəfə olaraq praktiki hands-on həyata keçirmiş olduq. Görüş zamanı üzvlərlə birlikdə Oracle 11gR2 Database Soft-unun Oracle Enterprise Linux üzərinə qurulmasına baxdıq və istifadəçilər özləri ilə gətirdikləri notebook-larına bu qurulumu tətbiq etdilər.

1Ümumi məşğələ çox uğurlu keçdi və bir çoxumuz qurulumu müvəffəqiyyətlə başa vurmuş olduq.

Qurulum zamanı Samir Səmədov qardaşı Ramin Səmədovla yazdıqları SQL kitabı haqqında çıxış etdi və kitabın özəlliklərindən danışdı. Kitab haqqında məlumat almaq üçün bu ünvandan istifadə edə bilərsiniz.

2Məşğələ zamanı istifadə olunan video tutorial-a aşağıdakı ünvandan baxa bilərsiniz:

İnşallah növbəti görüşlərimizdə daha fərqli Hands-On praktiki məşğələlər etməyi planlaşdırırıq.

Qrup görüşümüzün elanını dizayn edən Ramil Rəhimova, qurulum videosunu hazırlayan Mahir Quluzadəyə, görüşə gələn bütün iştirakçılara və görüşün təşkilində bizə yardım edən Azercell şirkətinə və Barama layihəsinə xüsusi təşəkkürümüzü bildiririk.

http://azeroug.org

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -