spot_img
29 марта, 2024
ДомойSoftwareПрограммное обеспечение«Office 365»: hər kəs üçün uyğundur!

«Office 365»: hər kəs üçün uyğundur!

«Office 365» Microsoft şirkətinin istifadəyə hazır, zəhmət tələb etməyən həllidir. «Office 365»-i hər kəs: ev istifadəçiləri, kiçik və orta sahibkarlar, eləcə də iri şirkətlər minimal abunə xərci müqabilində dərhal istifadə etməyə başlaya bilər. «Office 365»-in imkanları ilə tanış olub onun sizə nə dərəcədə uyğun olduğunu özünüz müəyyən edə bilərsiniz.

Office-365-New

«Office 365» barədə danışmağa başlamadan əvvəl İnformasiya Texnologiyaları (İT) layihələrində bu gün qarşımıza tez-tez çıxan bir neçə məsələni qeyd etmək istərdim. «Office 365» həllinin xüsusiyyətlərini və üstünlüyüklərini sizə məhz həmin məsələləri sadaladıqdan sonra çatdırmağa çalışacam.

  • Planlaşdırma. İstənilən layihənin uğurla başa çatması ilkin mərhələdə birbaşa onun planlaşdırılmasından, resursların düzgün hesablanmasından, mümkün risklərin nəzərə alınmasından, layihə icraçılarının səriştəsindən, ayrılmış büdcədən və digər amillərdən asılıdır.
  • Layihə üzrə satınalma. Bu gün əksər avadanlıq və proqram təminatı respublikamıza xaricdən gətirilir. Satınalmada baş verə biləcək hər hansı bir ləngimə planlaşdırılmış bütün sonraki işlərə mənfi təsir göstərəcək.
  • Səriştəli mütəxəssislər. Sözsüz ki, layihə də düzgün planlaşdırıla, satınalma da vaxtlı-vaxtında həyata keçirilə bilər. Amma səriştəli mütəxəssisiniz yoxdursa, layihənin uğuru artıq şübhə altındadır.
  • İcra edilən layihənin mövcud sistemlə və tətbiqi proqramlarla inteqrasiyası. Müasir dövrdə sistemlər bir-biri ilə əlaqəli çalışmalıdır, prosesləri mümkün qədər avtomatlaşdırmağa imkan verməlidir.
  • Texniki dəstək, müntəzəm texniki xidmət, fasiləsizliyin təmin olunması. Layihə planlaşdırılarkən bəzən fasiləsizlik və dayanıqlılıq məsələlərinə diqqət ayrılmır. Digər təfərdən isə bu məsələ nəzərə alındıqda layihənin büdcəsi artır.
  • Sənədləşdirmə. İcra olunmuş layihə düzgün sənədləşdirilmədikdə sonrakı mərhələlərin uğurlu olacağı şübhə altına düşür.
  • Normativ tələblərə, təhlükəsizlik normalarına uyğunluq və sertifikatlaşdırma. İstənilən layihənin icra edilməsi müvafiq standartların tələblərinə uyğun həyata keçirilməlidir. Hər bir layihə unikaldır və bir layihədə tətbiq olunmuş təcrübə digəri üçün yaramaya bilər. Bu səbəbdən əvvəlcə uğurla tamamlanmış kimi görünən layihələrdə bəzən sonraki audit yoxlamaları nəticəsində müəyyən uyğunsuzluqlar aşkar edilir.

Office-365-Infographic

«Office 365» yuxarıda sadaladığım bütün məsələlərdə mühüm üstünlüklərə malikdir. Belə ki,

  • «Office 365» minimal planlaşdırma tələb edir. Siz sadəcə «Office 365» həllinin hansı xidmətlərindən istifadə edəcəyinizi planlaşdırırsınz. Aylıq abunə haqqının əvvəlcədən məlum olduğu, əlavə heç bir xərcin (avadanlıq, lisenziya, quraşdırma, inteqrasiya və s.) tələb olunmadığı üçün sizin xərcləriniz minimal və dəqiq planlaşdırılmış olacaq. «Office 365» Microsoft şirkətinin məlumat mərkəzlərində yerləşir və səriştəli peşəkar mütəxəssislərin mütəmadi nəzarəti altındadır. Bu isə mümkün risklərin «Office 365» həllində daha az olması deməkdir.
  • «Office 365» həllində siz Microsoft şirkətindən “onlayn” rejimində birbaşa xidmət alırsınız. Bunu tərəfdaşlarımız vasitəsi ilə də edə bilərsiniz. Abunə haqqı ödənişlərini plastik kartla və ya hesab-faktura (invoice) əsasında aparmaq olar. Daha əvvəl də qeyd etdiyim kimi, nə əlavə avadanlıq,nə də hər hansı lisenziya almağa ehtiyac yoxdur. Bu həm əlavə qənaət, həm də satınalmanın daha sürətlə həyata keçməsi deməkdir. Eyni zamanda «Office 365» həlli üçün abunə haqlarının ödənişlərini istifadəçilərinizin cari sayına görə həyata keçirə bilərsiniz. Belə ki, digər lisenziyalardan fərqli olaraq siz əməkdaşlarınızın sayı artıb-azaldıqda «Office 365» hesablarının da sayını dərhal müvafiq surətdə artırıb-azalda bilərsiniz. Başqa sözlə, siz ancaq istifadə etdiyiniz qədər ödəyirsiniz və ödədiyiniz qədər istifadə edirsiniz.
  • «Office 365» həllindən istifadə etmək üçün xüsusi texniki biliklərə sahib olmağa ehtiyac daha azdır. Belə ki, siz ancaq xidmətdən istifadə edirsiniz, bütün inzibati işləri isə «Office 365 Admin Center» bölməsi vasitəsi ilə internet rabitəsi olan istənilən yerdən, istənilən İnternet bələdçisi üzərindən və istənilən qurğudan istifadə edərək həyata keçirə bilərsiniz. Başqa sözlə, «Office 365» həllinin idarə edilməsini ya özünüz, ya da etibar etdiyiniz üçüncü tərəf həyata keçirə bilər.
  • «Office 365» həllinin «Active Directory» xidməti və bir çox digər həllər ilə şəffaf inteqrasiyası mümkündür. «Office 365» həllinə daxil olan bütün tətbiqlər və sistemlər öz aralarında tam inteqrasiya olunmuşdur.
  • «Office 365» həllində fasiləsizlik maksimal təmin edilmişdir. Microsoft şirkəti «Office 365» həllinə «99,9% Service Level Agreement (SLA)» sazişi ilə xidmətdən maneəsiz istifadə etmək imkanına maddi təzminatlı zəmanət verir (services are available with a guaranteed 99,9% uptime, financially backed service level agreement (SLA)). Hazırda bu xidmətdən bir milyondan çox istifadəçi faydalanır. Xidmətin verilməsində yaranmış hər hansı fasilə onların hamısına təsir edə bilər. Bu səbəbdən Microsoft şirkəti «Office 365» həllindən istifadə edən bütün infrastrukturun pro-aktiv şəkildə real zaman rejimində monitorinqini həyata keçirir. Bunun sayəsində bütün statistikanı «onlayn» rejimində müşahidə etmək və texniki xidmət üçün planlaşdırlan fasilələr haqqında əvvəlcədən xəbərdar olmaq mümkündür. «Office 365»həllinin yeni versiyaları istifadəçilərə avtomatik təqdim edildiyindən onları alıb quraşdırmağa heç bir xərc tələb olunmur. Eyni zamanda avadanlığı dəyişdirmək üçün nəzərdə tutulan, həmçinin avadanlığın və server otağının xidmət məsrəfləri də azalır.
  • «Office 365» üzrə bütün texniki sənədlər, xidmətin necə işlədiyi barədə məlumat Microsoft şirkətinin müvafiq texniki resurslarında (Office365.com, technet.com və s.) yerləşdirilib. Bu sənədlər ən yüksək təcrübəyə və beynəlxalq standartlara əsaslandığı üçün onlara istinad etməklə daxili sənədləşdirməni minimuma endirmək mümkündür.
  • «Office 365» dünya miqyasında qəbul olunmuş 10 əsas uyğunluq standartının tələblərinə tam cavab verən bir həldir. Bu, «Health Insurance Portability and Accountability Act (HIPAA)», «Data processing agreements (DPAs)», «Federal Information Security Management Act (FISMA)», «ISO 27001», «European Union (EU) Model Clauses», «U.S. — EU Safe Harbor framework», «Family Educational Rights and Privacy Act (FERPA)», «Statement on Standards for Attestation Engagements No. 16 (SSAE 16)», «Canadian Personal Information Protection and Electronic Documents Act (PIPEDA)» və «Gramm-Leach–Bliley Act (GLBA)» standartlarıdır. Sadalanan standartların tələbləri ilə «Office 365 Trust Center» portalında daha ətraflı tanış olmaq olar. Müstəqil üçüncü tərəflər «Office 365» həllinin bu standartlara uyğunluğunu mütəmadi yoxlayır.

powerpoint_start-screen

Göründüyü kimi, «Office 365» həllini tətbiq etməklə siz elə o andan başlayaraq çoxlu fayda qazanırsınız. Belə ki, indiyədək sadaladıqlarımı ümumiləşdirsək «Office 365» həllinin aşağıdakı xidmətləri əhatə etdiyini görərik:

  • «Platform Service — Office 365»: həllinə daxil olan bütün ünsürləri vahid platformada təqdim edən xidmət;
  • «Exchange Online Service»: korporativ elektron poçt sistemi xidməti;
  • «Exchange Online Archiving Service»: korporativ elektron poçt sistemi üçün arxivləşdirmə xidməti;
  • «Exchange Online Protection Service»: elektron məktubları virus və SPAM əleyhinə filtrləyən xidmət;
  • «SharePoint Online Service»: ayrı layihə və ya bütün komanda üçün birgə iş mühiti yaradan xidmət;
  • «OneDrive for Business Service»: şirkət tərəfindən əməkdaşlara təqdim olunan, faylları saxlamaq və bölüşmək üçün nəzərdə tutulmuş fərdi saxlanc («storage») xidməti;
  • «Lync Online Service»: tərkibində audio-video-veb konfrans, İP-telefon, ani mesajlaşma və s. ünsürləri birləşdirən rabitə xidməti;
  • «Office Online Service»: İnternet bələdçisi üzərindən «Office» proqramlarını işlətməyə imkan verən xidmət;
  • «Office Applications Service»: «Office» proqramlarının yeni çıxan ən son versiyasıyalarını eyni istifadəçiyə məxsus 5 müxtəlif kompüterə quraşdırıb istifadəyə vermə xidməti;
  • «Project Online Service»: layihələr portfelini idarə etmək üçün «onlayn» xidmət;
  • «Project Pro for Office 365 Service»: layihələr portfelini idarə etmək üçün «Microsoft Project» tətbiqinin ən sonuncu versiyasını kompüterə quraşdırıb istifadəyə vermə xidməti;
  • «Yammer Service»: müəssisədaxili sosial şəbəkə və daxili ünsiyyət xidməti;
  • «Power BI for Office 365 Service»: müxtəlif mənbələrdə yerləşdirilmiş məlumatlar əsasında biznesin təhlili üçün sorğu, məlumat modeli və vizual hesabat («Power Query», «Power Pivot», «Power View» və ya «Power Map») xidməti;
  • «Microsoft Dynamics CRM Online Service»: müştərilərlə münasibətləri tənzimləmək üçün təkmilləşdirilmiş «onlayn» xidmət.

Qeyd etmək istərdim ki, «Office 365» həllini 30 gün ərzində heç bir ödəniş aparmadan və üzərinizə hər hansı öhdəlik götürmədən sınaqdan keçirmək mümkündür. Bu zaman istifadəçiyə bütün sadalanan xidmətləri əhatə edən müvəqqəti lisenziya verilir. Sınaq mühitini sonradan iş mühitinə keçirmək mümkündür. Sınaq yoxlamasını aktivləşdirmək üçün http://aka.ms/E3 yoxla keçidindən istifadə edin.

Excel-Custom-Maps

«Office 365» həllinin qiyməti seçdiyiniz plana daxil olan xidmətlərdən asılıdır. Xidmətləri ayrı-ayrılıqda da əldə etmək mümkündür. Məsələn, müəssisə ancaq elektron poçt xidməti almaq istəyirsə, onda yalnız «Exchange Online» xidmətini seçə bilər. «Office 365» həllinin plan və qiymətləri ilə www.office365.com portalında tanış olmaq olar.

Müəllif: Qaçay Mirzəyev — Strateji həllər üzrə mütəxəssis / Microsoft Azərbaycan, [email protected].

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -