ГлавнаяSoftwareОперационные системыWindows 10 haqqında ən çox verilən 10 suala 10 cavab

Windows 10 haqqında ən çox verilən 10 suala 10 cavab

Windows 10

Hörmətli oxucular, bildiyiniz kimi, 29 iyul 2015-ci il tarixdə Windows 10 əməliyyat sistemi ümumi istifadəyə veriləcək. Bununla əlaqədar həm redaksiyaya, həm də Microsoft şirkətinin Azərbaycan nümayəndəliyinə çoxlu suallar daxil olmaqdadır. Bunların arasından ən çox verilən 10 sualı seçib cavabları ilə birlikdə sizə təqdim edirik.

Windows 10

S1: Windows 10 yeniləməsi (Windows 10 upgrade) həqiqətən də pulsuz olacaq?

C1: Bəli, Microsoft şirkəti 29 iyul 2016 tarixinədək Windows 7, Windows 8.1 və Windows Phone 8.1 əməliyyat sistemləri istifadəçilərinə pulsuz Windows 10 yeniləməsi quraşdırmağa imkan verəcək. Yeniləməni quraşdırdıqdan sonra həmin qurğuda Windows 10 əməliyyat sistemindən pulsuz istifadə edə biləcəksiniz.

S2: Mənim qurğularımın sayı çoxdursa, bunların hamısına Windows 10 pulsuz yükləyə bilərəmmi?

C2: Bəli. Siz Windows 10 yeniləməsini quraşdırmaq hüququnuz olan bütün qurğulara pulsuz yükləyib quraşdıra bilərsiniz.

S3: Hal-hazırda istifadə etdiyim avadanlıq və tətbiqlərim Windows 10 ilə işləyə biləcəkmi?

C3: Windows 10 əməliyyat sistemi Windows 7 və Windows 8.1 əməliyyat sistemlərində işləyən əksər qurğu və tətbiqləri dəstəkləyir. Əgər sizin tətbiqləriniz və qurğularınız qeyd olunan əməliyyat sistemlərində normal işləyirdisə, onda böyük ehtimal ilə Windows 10 əməliyyat sistemində də işləyəcək. Buna tam əmin olmaq üçün Windows 10 əməliyyat sistemi quraşdırmaq hüququnuz olan kompüterlərdə Get Windows 10 app avtomatik yeniləməsindən istifadə edə bilərsiniz (ekranın sağ alt hissəsində göstərilib).

Windows 10

Get Windows 10 app universal tətbiqinin köməyilə siz Windows 10 yeniləməsinə növbə tuta, həmin yeniləməyə kompüterinizin hazır olub-olmadığını yoxlaya, tətbiq və qurğuların dəstəklənib-dəstəklənməyəcəyi haqqında dəqiq məlumat ala bilərsiniz.

S4: Mənim əməliyyat sistemim Windows 10 ala biləcəkmi?

C4: Əvvəlki əməliyyat sisteminin versiyasından asılı olaraq 29 iyul 2016-cı il tarixinədək Windows 10 əməliyyat sisteminə aşağıdakı qaydada pulsuz keçid nəzərdə tutulmuşdur:

Windows 10

Qeyd edək ki, pulsuz yükləmə imkanı aşağıdakı versiyalara şamil olunmayıb: Windows 7 Enterprise, Windows 8/8.1 Enterprise və Windows RT/RT 8.1

Microsoft şirkətindən lisenziyalı əməliyyat sistemi almış və aktiv Software Assurance xidmətinə malik bütün təşkilatlar sazişdə qeyd olunan müddət (2 və ya 3 il) başa çatanadək həmin saziş çərçivəsində qeyd edilmiş bütün məhsulların yeni versiyalarına pulsuz keçə biləcəklər.

S5: Nəzərdə tutulmuş 1 illik müddət ərzində pulsuz keçid təklifindən faydalanmasam, bundan sonra nə baş verər?

C5: Əgər hər hansı səbəbdən müəyyən edilmiş 1 il ərzində, yəni 29 iyul 2016-cı il tarixinədək pulsuz keçid təklifindən faydalana bilməsəniz əməliyyat sistemini sonradan yalnız müvafiq ödəniş edərək pul ilə almalı olacaqsınız. Buna görə də keçidin ən sərfəli və asan yolu pulsuz keçid təklifindən vaxtında istifadə etməkdir.

S6: Pulsuz keçid etdiyim avadanlıqda 1 ildən sonra əməliyyat sistemini yenidən quraşdırmalı olsam, bunun üçün pul ödəməliyəm?

C6: Xeyr. Windows 10 yeniləməsinə pulsuz keçdiyiniz avadanlıq üçün Windows 10 həmişə pulsuz qalacaq.

S7: Windows 10 mənim köhnə avadanlığımda işləyə biləcəkmi? Sistem tələbləri nədən ibarətdir?

C7: Windows 10 əməliyyat sisteminin sistem tələbləri hətta zəif göstəriciləri olan kompüterdə işləməyə imkan verir. Belə ki, minimal tələblər bunlardır:

— CPU: 1 gigahertz (GHz) və ya daha sürətlisi;
— RAM: 1 gigabayt (Gb) — 32-bitlik və ya 2 Gb 64-bitlik versiyalar üçün;
— Sərt diskdə tələb olunan boş yerin minimal həcmi: 32-bitlik əməliyyat sistemi üçün 16 Gb; 64-bitlik əməliyyat sistemi üçün isə 20 Gb;
— Graphics card: DirectX 9 və ya WDDM 1.0 drayveri dəstəkləyən daha üstün modellər;
— Display: 800×600 ölçüsündə və ya daha üstün modellər.

Sistem tələbləri ilə daha ətraflı burada tanış ola bilərsiz:
http://www.microsoft.com/en-us/windows/windows-10-specifications

Windows 10

S8: Azərbaycan dilində Windows 10 olacaqmı?

C8: Bəli. Windows 10 yeniləməsi ilə eyni vaxta müvafiq dil paketləri (Language İnterface Pack, LIP) və ya müxtəlif dillərdə olan versiyaların buraxılması nəzərdə tutulub. Azərbaycan dili üçün istifadəçi interfeysi sıx əməkdaşlıq etdiyimiz Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq Texniki Komitəsi tərəfindən təsdiq-lənib Microsoft Korpo-rasiyasının müvafiq bölməsinə Azərbaycan dili üzrə LIP hazırlan-ması məqsədilə təqdim edilmişdir.

S9: Windows 10 əməliyyat sisteminin qiyməti neçəyədir?

C9: Windows 10 əməliyyat sistemi 29 iyul 2015-ci il tarixindən etibarən mağazalarımızda online satışa çıxarılacaq. Windows 10 əməliyyat sisteminə keçidin ən uyğun yolu quraşdırmaq hüququnuz olan qurğularda pulsuz keçid təklifimizdən yararlanmaqdır. Windows 10 Home versiyasının qiyməti 119.99 ABŞ dolları, Windows 10 Pro versiyasının qiyməti isə 199.99 ABŞ dolları təşkil edir. Windows 10 Home versiyasından Windows 10 Pro versiyasına keçmək imkanı verən Windows 10 Pro Pack isə 99.99 ABŞ dolları pərakəndə qiymətinə online olaraq satılacaqdır.

S10: Windows 10 yeniləməsi / əməliyyat sisteminin quraşdırma paketinin həcmi əvvəlki əməliyyat sistemlərinin quraşdırma paketinin həcmindən böyükdürmü? Quraşdırmağa nə qədər vaxt gedəcək?

C10: Xeyr. Windows 10 yeniləməsi / əməliyyat sisteminin quraşdırma paketinin həcmi Windows 8.1 əməliyyat sisteminin quraşdırma paketinin həcmində və ya daha kiçik olacaqdır. Quraşdırma müddəti ümumiyyətlə istifadəçinin İnternet kanalının sürətindən asılıdır. Quraşdırma ən azı 20 dəqiqə çəkə bilər.

Əvvəlki nömrəmizdə qeyd etdiyimiz kimi, Windows 10 yeniləməsinə pulsuz keçid təklifi leqal əməliyyat sistemi istifadə edən istifadəçilər üçün nəzərdə tutulmasına baxmayaraq, pirat versiya istifadə edənlərə də Windows 10 əməliyyat sisteminə keçməyə fürsət veriləcək. Lakin Windows 10 yeniləməsini quraşdırarkən əməliyyat sisteminin leqal olduğu təsdiqlənməzsə, kompüterin ekranında dərhal bu haqda müvafiq xəbərdarlıq çıxacaq. Belə xəbərdarlıq göstərən kompüterləri almaqdan imtina etmənizi tövsiyə edirik. Belə ki, pirat proqram təminatından istifadə etdikdə http://www.microsoft.com/az-latn-az/about/piracy.aspx keçidində qeyd edilmiş risklərlə qarşılaşa bilərsiniz. Leqal proqram təminatı istifadə etdikdə informasiya təhlükəsizliyi riskləri ilə üzləşmək ehtimalı azalır.

Windows 10

Ümid edirik ki, bu sual və cavablar sizin üçün faydalı oldu. Windows 10 ilə bağlı əlavə suallarınız olsa, redaksiya və ya müəllif ilə birbaşa əlaqə saxlaya bilərsiz.

Məqalənin hazırlanması üçün aşağıdakı İnternet resursundan istifadə edilmişdir: http://www.microsoft.com/en-US/windows/windows-10-faq.

Məqalə ilə əlaqədar rəy və təkliflərinizi müəlliflə paylaşsanız məmnun olarıq.

Qaçay Mirzəyev — Strateji həllər üzrə mütəxəssis / Microsoft Azərbaycan, [email protected]

Bakcell дарит бонусные минуты за on-line платежи
Создание общественного Wi-Fi: результаты клубной встречи менеджеров проектов
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!