ГлавнаяSoftwareИгрыOyun icmalı: The Witcher 3: Wild Hunt (Cadugər 3. Yabanı ov)

Oyun icmalı: The Witcher 3: Wild Hunt (Cadugər 3. Yabanı ov)

The_Witcher_2

The Witcher 3: Wild Hunt oyununun büdcəsi 67 milyon dollar təşkil edib. Buraxılışdan cəmi iki həftə sonra CD Projekt Red şirkəti 200 milyon dollardan artıq gəlir əldə edib ki, bunun təxminən 130 milyonu satışlardan əldə edilən təmiz mənfəətdir. Buraxılışdan sonra ilk üç həftə ərzində oyunun 1,3 milyon personal pompüter kopiyası satıldı. Polşanın CD Projekt Red şirkəti The Witcher 3: Wild Hunt oyununun buraxılışını həyata keçirməklə əslində marketinq kampaniyasının nə qədər effektiv olduğunu sübut etmiş oldu. Büdcənin haradasa yarısını marketinqə xərcləyən, geymerləri bu oyunu almağın labüd olduğuna inandırmağa çalışan şirkət bütün bunları həm yaradıcı heyətin istedadına, həm də oyunun keyfiyyətinə inanaraq etdilər.

The_Witcher_2

Yaradıcılar hər kəsi heyrətləndirən inanılmaz kinematoqfrafik treylerləri hələ 2013-cü ildə göstərməyə başlamışdılar. The Witcher 3: Wild Hunt, öz bir əvvəlki sələfi kimi hazırda texniki cəhətdən ən irəliləmiş oyun təəssüratı bağışlayır. The Witcher 3: Wild Hunt oyununun süjeti ənənəvi olaraq olduqca güclüdür. Təbii ki, axı yazıçı Anjey Sapkovskinin qələmindən çıxan romanların əsasında yaradılmış oyundan bunu gözləmək olardı. Bütün personajlar, həm yenilər, həm də köhnələr çox canlı və yaddaqalandırlar. Bəzilərini hətta sevməyə, digərlərindən isə nifrət etməyə başlamaq mümkündür! Hansı oyun belə təəssüratlar bağışlayır, belə emosiyalar yaradır? Bunun sayəsində oyunçu baş qəhrəmanla özünü eyniləşdirib onun hərəkətlərinə əsaslanaraq düşünülmüş, alışdığımız stereotiplərdən uzaq qərarlar verir. Real həyatda olduğu kimi burada da xeyir və şər arasında aşkar hədd görünmür. Qarşınızda sadəcə seçmək hüququ var, və bu hüququ istifadə edən aqibətini qəbul edəcək. Etiraf etməliyik ki, oyun müntəzəm olaraq hisslərimizə təzyiq göstərir.

The_Witcher_1

The Witcher 3 seriyasında ilk dəfədir ki, rivayəti müəyyən xətt üzərində cərəyan etməyən həqiqi açıq dünya təqdim olunub. Hadisələrin mərkəzində Geralt və Tsirinin olduqca şəxsi və özəl hekayələri yer alır. Bu hekayə ilə müqayisədə hər şey, saray fitnələrindən tutmuş dünyanın axırı təhlükəsinə qədər hər şey önəmsiz görünür. O qədər önəmsiz ki, onları hətta görməməzlikdən gəlmək olar, axı onlar hədəfə doğru yolunuzdakı sadəcə bir dayanacaqdır! CD Projekt RED nəhəng dünyanı əks etdirən azadlıq hissini böyük məharətlə rəngarəng epizodlarla dolu əla hekayə ilə, parlaq xarakterlər və mükəmməl dialoqlarla birləşdirə bilib. Süjet ilə ətrafı araşdırmalar bir birini tamamlayır, əsas hadisələrlə ikinci dərəcəli tapşırıqlar isə qarşılıqlı təsir gücünə malikdir.

The_Witcher_3

Hər yaşayış məntəqəsində mütləq bir elan lövhəsi var. Yerli sakinlər əsasən dəhşətli canavar kimi növbəti bəladan şikayət edirlər və məlum məsələdir ki, bu canavara sadəcə Cadugər qalib gələ bilər. Canavarı öldürmə sifarişləri bir qayda olaraq sonu unikal döyüşlə nəticələnən qısa qəmgin hekayələrdir. Geralt izləri və dəlilləri tapmaq üçün tez-tez özünün iti hisslərinə müraciət etməli olur. Ümumiyyətlə, Geraltın işi çoxdur, axı o qədər xahiş var ki — gah cadu çıxartmaq, gah da qrafinyalara qılıncoynatma öyrətmək lazım olur. Amma şübhəsiz ki, başda süjet missiyaları gəlir. Bunların arasında qızıl anbarının oğurlanmasının istintaqını aparmaq, həm kral ailəsinin problemlərini həll etmək, həm Skellige buz adalarının taxtı uğrunda mübarizədə iştirak etmək var. İrəliləmək üçün adətən bir neçə fərqli yol olur, bəzən hansısa ikinci dərəcəli məsələni həll edirsən, ya da yol ayrıcını görməyib keçirsən və təkrar ora qayıdanda təəccüblə bir çox yeni imkanların mövcud olduğunu aşkar edirsən!

The_Witcher_4

Müxtəlif əşyaları söküb quraşdırmaq da sizdə təəccüb və xoş təəssürat buraxacaq. Məsələn, adi yabanı alıb dişini sapından ayırırsınız, sonra da metallını əridirsiniz. Belə imkanların bolluğu oyunçuya hər fürsətdə öz silah və sürsatını təmir etməyə imkan yaradır. Oyundakı ətraf mühit o qədər real görünür ki, onu gerçək həyatdan ayırd etmək olmur. Birdən-birə səmaları qara buludlar bürüyür, güclü külək qopur, ardınca yağış yağmağa başlayır. Küləyin təsirinə ağaclar və otlar gerçəkdə olduğu kimi müqavimət göstərir, yağış yağsa bəzi insanlar məhsulu toplamağa çatdırmadıqlarına görə deyinə deyinə dam örtüklərinin altına sığınmağa başlayırlar. Gün boyu, səhərdən axşama qədər oyun unikal özünəməxsus libasa bürünür. Gecə vaxtı zülmətli meşənin içində doğrudan da çox qorxuludur. Fövqəladə təsirli musiqi müşaiyəti isə oyuna təkrarolunmaz çalarlıq qatır.

The_Witcher_5

Teksturaların təfərrüatlarına və personajların təsvirinə ayrıca diqqət yetirməyə dəyər. Zirehlərin teksturaları həqiqi kimi görünür. Qəhrəmanların üz cizgiləri, onların mimikaları heyrətləndiricidir. Personajların saçları küləyin təsiri ilə oyunun ümumi fizika qaydalarına uyğun dalğalanır.Yeri gəlmişkən, Geraltın saqqalı çox təbii xüsusiyyətə malikdir: o, vaxt keçdikcə uzanır. Oyunun geympleyinə gəlincə o, açıq dünyalı RPG oyunlarının bir çoxundan fərqli deyil. İstər oppan, istər atın belinə min, atın belinə əlavə çantalar, ya da yeni yəhər tax, detallar çoxdur, amma artıq bunlarla heç kimi təəccübləndirmək olmur.

The_Witcher_6

CD Project RED trilogiyanın son pərdəsini həqiqətən mükəmməl hazırlaya bilib. Nöqsan tapmaq mümkün deyil. Adam bu dünyanın hər tərəfini qarış-qarış gəzmək, bütün sərvətləri tapmaq, oyunun verdiyi bütün tapşırıqları yerinə yetirmək istəyir. The Witcher 3: Wild Hunt həmin o nadir hallardan biridir ki, adam skrinşotlara baxıb resenziyaları oxumaqdansa oyuna dərhal başlayıb bütün bu gözəllikləri öz gözü ilə görməlidir.

  • Platformalar: PC, PS4, Xbox One
  • Buraxılış tarixi: 19 may 2015
  • Janr: RPG
  • Yaradıcı: CD Projekt RED
  • Nəşriyyatçı: Namco Bandai Games, Warner Bros. Interactive Entertainment, CD Projekt
  • Sayt: http://thewitcher.com

Personal kompüterlə bağlı tövsiyə olunan tələblər:

  • Əməliyyat sistemi: 64-bit Windows 7 və ya 64-bit Windows 8 (8.1);
  • Prosessor: Intel Core i7 3770 3,4 GHz və ya AMD FX-8350 4 GHz;
  • Əməliyyat yaddaşı: 8 Gb;
  • Videokart: GeForce GTX 770 və ya AMD Radeon R9 290;
  • Sərt diskdə boş yer: 40 Gb;
  • DirectX 11.
ТЕГИ:
Роботы в кинематографе
Samsung представила флагманский смартфон "раскладушку"
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!