spot_img
29 марта, 2024
ДомойТелекомСобытияElektron Sənəd Dövriyyəsinin işləmə prosesi nümayiş olunacaq

Elektron Sənəd Dövriyyəsinin işləmə prosesi nümayiş olunacaq

Oktyabrın 14-də Bakıda daha bir innovativ tədbir həyata keçəcəkdir. Belə ki, ölkənin aparıcı İT şirkətlərindən biri olan Ultra Technologies şirkəti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə kargüzarlıq sahəsində çalışan şəxslər üçün faydalı olacaq biznes-tur hazırlayır. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə keçiriləcək biznes-turda elektron sənəd dövriyyəsinin işləmə prosesi nümayiş olunacaqdır. Tura istənilən dövlət və özəl sektorun kargüzarları, sənədlərlə işləyən məsul şəxsləri və ya rəhbər şəxslər qatıla bilər.

Docnet_SON

Ultra Technologies şirkəti 2011-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyində elektron sənəd dövriyyəsi sistemi tətbiq etmiş və bu illər ərzində sözügedən nazirlik tərəfindən yüksək səviyyədə sistem üzrə iş prosesi aparılır. Bu səbəbdən uğurlu layihə olaraq nümayiş üçün məhz İqtisadiyyat və Sənaye Nazirliyi seçilərək, sistemin canlı nümayişi bu qurumda planlaşdırılır.

Ultra Technologies şirkətinin təqdim etdiyi DocNet-in (elektron sənəd dövriyyəsi sistemi) canlı nümayişində və biznes-turunda iştirak etmək istəyənlər oktyabrın 11-dək http://infotur.ultra.az/docnet linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -