spot_img
29 марта, 2024
ДомойТелекомСобытияLenovo mənfəətin kəskin azaldığı şəraitdə işdənçıxarma planlaşdırır

Lenovo mənfəətin kəskin azaldığı şəraitdə işdənçıxarma planlaşdırır

Lenovo şirkəti bu ilin ilk rüblüyü üzrə hesabatını 30 iyun tarixdə tamamladıqdan sonra yayımlayıb. Üç hesabat ayı ərzində şirkən ötən ilin müvafiq dövrünə nisbətən sadəcə 3% çox gəlir əldə edib: 10,7 milyard dollar. Mənfəət isə sözün əsl mənasında dibə vurub və 51% azalaraq vəmi 105 milyon dollar təşkil edib. Səbəb kimi Lenovo bazarda hökm sürən bir sıra ciddi problemləri göstərib. Əvvəla, qlobal miqyasda personal kompüter və planşetlərin satışlarında ciddi azalma müşahidə olunub. İkincisi, smartfon bazarında da bir tərəfdən satışların həcmi azalıb, digər tərəfdən isə rəqabət şiddətlənib.

lenovo-logo

Bu, xüsusilə Çində hiss edilir. Üçüncüsü, Braziliya və ümumilikdə Latin Amerikasında mürəkkəb makroiqtisadi vəziyyət yaranıb. Dördüncüsü, milli vaslyutaların məzənnələrindəki kəskin sıçrayışlar da öz təsirini biruzə verir. Nəhayət, korporativ seqmentində müştərilərin texnoloji tələbatları olduqca tez dəyişir. Bütün bunlarla üzləşən Lenovo biznesin səmərələşdirilməsinə yönəldilmiş tədbirlər almağa məcbur qalır. Belə ki, istehsaldankənar sahələrdə şirkət 3200 iş yerini ləğv edəcək. Bununla 2015-ci ilin ikinci yarısında 650 milyon, gələn il ərzində isə 1,35 milyard dollar həcmində vəsaitə qənaət etmək mümkün olacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -