spot_img
24 апреля, 2024
ДомойТелекомСобытияMicrosoft şirkəti Nokia fabrikasını bağlayıb 2300 iş yerini ixtisar edəcək

Microsoft şirkəti Nokia fabrikasını bağlayıb 2300 iş yerini ixtisar edəcək

Microsoft şirkəti ən iri Nokia fabrikalarından birinin bağlanacağı barədə məlumat verib. Bu fabrika Amerikan şirkətinin mülkiyyətinə Finlandiyalı telefon istehsalçısı ilə imzaladığı alqı-satqı sazişindən sonra keçmişdi. Bağlanan fabrika Finlandiyanın Cənub hissəsindəki Salo şəhərində yerləşir və indiyədək Nokia və Microsoft markaları altında mobil qurğuların istehsalı ilə məşğul olub.

Nokia

Nokia-nın doğma ölkəsində Espoo və Tampere şəhərlərində yerləşən digər iki fabrika isə, Microsoft-un sözlərinə görə, işinə adi rejimdə davam edəcəkSalo fabrikasının bağlanması 2015-ci ilin iyul ayında Microsoft şirkətinin elan etdiyi və dünya üzrə 7800 iş yerinin ixtisar olunmasını nəzərdə tutduğu planın bir hissəsidir. Qeyd edək ki, ixtisara düşən işçilərin əksəriyyəti korporasiyaya Nokia-dan keçiblər. Microsoft-un son bəyanatına görə, Salo fabrikasının bağlanması ilə Finlandiyada 2300 iş yeri ixtisar olunacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -