ГлавнаяSoftwareИгрыF1 2015 — Bakıda keçiriləcək «Formula 1» Qran Pri üçün hazır olun!

F1 2015 — Bakıda keçiriləcək «Formula 1» Qran Pri üçün hazır olun!

F1_2015_game_1

Bütün ölkə 2016-cı ilin iyul ayında Bakıda keçiriləcək «Formula 1» Qran Pri yarışlarına hazırlaşırkən, Codemasters studiyası personal kompüter və yeni nəsil konsollar üçün F1 2015 oyununu təqdim etdi. Studiyanın yaradıcı heyəti oyunların yenilənmiş versiyalarını hər il buraxa bilmədiklərinə görə olduqca orijinal həll tapıb birdən birə iki mövsümün — 2014-cü və 2015-ci illərin yarışlarını bütün təfərrüatları ilə canlandırıblar. Nəticədə elə bir oyun yaradılıb ki, sanki oturub həmin yarışlara canlı yayımda baxırsan. Buna görə, arxa planda mexaniklər bolidi yarışa hazırlayarkən gözlənilmədən ekranda jurnalistlərin kələkbaz suallarına cavab tapmağa çalışan Sebastyan Fetteli görsəniz, heç təəccüblənməyin. Yarış zamanı siz daima öz komandanızla əlaqədə olacaqsınız. İstədiyiniz an pit-stopa giriş, ya da təkərləri dəyişmək icazəsi ala bilərsiz. Mühəndis isə sizə mütəmadi şəkildə avtomobilin və ttrassanın vəziyyətini bildirib məsləhətlər verəcək. Hər şey sakitçilik olanda isə sizə trassanın tarixçəsini danışacaq. Bilin ki, heç bir yarış oyunu sizi avtomobil idmanına bu qədər dərin qərq edə bilməz. Bu yaxınlarda sizə bəhs etdiyimiz Project CARS oyunu belə yarış xaricində komandanı və yarışın bütün ab-həvasını hiss etdirə bilmir. F1 2015 oyununda buna çox gözəl nail olublar!

F1_2015_game_1

F1 2015 ən mükəmməl yarış oyunu olmaya bilər, amma durub onun qrafikasını tənqid etmək ehtiyacı yoxdur. Əvvəlki versiyalarla müqayisədə bu dəfə olduqca ciddi irəliləyiş hiss olunur. Bununla belə, F1 2015 oyununda qiyməti 60 dollar olan idman simulyatorundan gözlənilən bir çox xüsusiyyət yoxdur. Üstəlik, söhbət əvvəlki versiyalarda mövcud olan xüsusiyyətlərdən: karyera rejimindən, ssenarilərdən, inişilki F1 2013-dəki klassik maşınlardan, bir konsolda iki oyunçunun oynamasından, hətta ciddi qəzalar baş verdikdə trassaya çıxan xilasetmə avtomobilindən gedir. F1 2015 zavoddan yeni çıxan, amma içində oturacaqları, pəncərə şüşələri, kondisioneri, qapı üzlükləri, hətta ayaqaltı xalçaları olmayan bahalı avtomobilə bənzəyir. Codemasters söz verir ki, bu sezonki yarışdakı konstruktiv dəyişikliklərdən, komandalardakı əvəzetmələrdən tutmuş bolidlərin üstünə vurulan reklam yapışqanlarına qədər bütün yenilikləri nəzərə alıb sonradan oyuna əlavə edəcəklər. Elə isə, bəlkə F1 2015-i bu qədər tələsik hazırlayıb bazara çıxartmaq lazım deyildi?

F1_2015_game_2

Amma bunlara baxmayaraq qeyd etməliyik ki, bolidlər çox yaxşı hərəkən edir. Oyun olduqca canlı və həyəcanlı keçir. Avtomobillər trassanı çox yaxşı tutur, lakin aşıldıqda nəzarətin itiriləcəyi yerə ilişmə həddini həmişə hiss etdirir. Dönüşlərdə qaza basıb sürətlənmədən zərərsiz həzz almaq mümkün olmayacaq. Pedal ilə mütləq “oynayıb” asfalt üzərində axra təkərlərdən qopan rezini mümkün qədər az qoymağa çalışmalısınız. Qaz pedalını kobud işlətsəniz motorun torku (fırlanma anı) sizi dərhal yarışdan kənar edər. Eyni zamanda, F1 2015 heç də gələcəyin «Formula 1» yarışçılarını yetiştirmək üçün super-çətin trenajor halına gətirilmədi. Oyun olduqca tərazlı qurulub və oyunçuya həzz bəxş edir.

F1_2015_game_3

Boliudlərin təkərlərinə xüsusi diqqət ayrılıb. Məsələn, pit-stopu uzun müddət ehmal etdikdə, trassadan tez-tez çıxdıqda təkərlər yeyilir və getdikcə «sözə baxmadan» maşını sürüşdürür. Təkərlərin hava şəraitinə uyğun olmasını ciddi nəzarət altında saxlamaq lazımdır. Məsələn, yağış yağan kimi, dərhal təkərləri dəyişdirib uyğun növünü taxmaq lazımdır. Digər tərəfdən, taxdığınız yeni təkərlər də qızana qədər sizə çətinlik törədib sürəti artırmağa imkan verməyəcək.

F1_2015_game_4

F1 2015 oyununun süni intellekti həqiqi pilotların davranışlarını eynilə canlandırmağı bacarır. Rəqiblər trassanı möhkəm tuturlar, təcavüzkar taktikadan, demək olar ki, əl çəkiblər və yarış zamanı həqiqi pilotların çıxışlarını təkrar edirlər. Buna görə də Mercedes pilotlarının zəhlətökən liderliyini siz bu oyunda da hiss edəcəksiniz. Düzdür, süni itnellekt həmişə mükəmməl ola bilmir. Real yarışlarda qəzalar kifayət qədər azdır və əksər hallarda pilotların səhvlərindən meydana gəlirsə, oyundakı qəzalar daha tez-tez baş verir və kompüter rəqiblərinin səhvləri nəticəsində meydana gəlir. Öz aralarında onlar pis-yaxşı olsa da, trassada yer tuta bilirlər, amma oyunçunun sürüş üslubuna uyğunlaşa bilmirlər. Odur ki, onların manevrləri tez-tez sizin bolidinizin arxadan və yanlardan aldığı zərbələrlə nəticələnir.

F1_2015_game_5

F1 2015 əvvəlki versiyalara nisbətən daha canlı və maraqlıdır, amma adi sürüş və 70 dövrlük mürəkkəb yarışa (təkçə bir yarış iki saatdan çox vaxt aparır) müxtəlif vəzifələri yerinə yetirməyə şövqləndirən maraqlı rejimlərə üstünlük verənləri sözsüz ki, məyus edəcək. Nə isə ki, «Formula» hər zaman səbr, taktiki məharət və dözümlülük yarışı olub. Lakin F1 2015 oyununu təkmilləşdirilmiş vəziyyətə gətirmək üçün hələ bir neçə ay tələb olunacaq. Bu isə oyunçuları təbii ki, pərişan edir. Axı bu oyunda maşın sürmək həqiqətən zövq verir. Elədirsə, artıq özünüz qərar verin, «alaçiy» məhsula pul verməyə dəyərmi?

Personal kompüter üçün tələblər:

  • Əməliyyat sistemi: Windows 7 / 8 64 bit;
  • prosessor: Intel Core i7 4770 / AMD FX 9370;
  • Əməliyyat yaddaşı: 8 Gb;
  • Videokart: Intel 5th Gen Iris Pro / AMD R9 290 / NVIDIA GTX970;
  • Dəstək DirectX 11;
  • 20 Gb boş hafizə.
  • Platformalar: PC, Play Station 4, Xbox ONE
  • Janr: avtomobil simulyatoru
  • Yaradıcı studiya: Codemasters
  • Yayımçı qurum: Codemasters
  • Çıxış tarixi: 10 iyul 2015
  • Oyunun rəsmi saytı: www.formula1-game.com/uk
  • Yaş həddi: 3+
ТЕГИ:
Обзор игры Cradle: Квест в монгольских степях
Google официально перешел в подчинении компании Alphabet
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!