spot_img
29 марта, 2024
ДомойСайтыСоциальные сервисыGoogle Maps xəritəsi Bakıda tıxacları göstərməyə başladı

Google Maps xəritəsi Bakıda tıxacları göstərməyə başladı

Ən məşhur onlayn kartoqrafiya xidmətlərindən biri olan Google Maps — Bakı şəhərinin ərazisində yol tıxaclarının yüklənmə dərəcəsini göstərməyə başlayıb. Qeyd etmək lazımdır ki, hal-hazırda bu imkan yalnız iOS və Android sistemli qurğularda işləyir. Maps.google.com saytının veb versiyasında «Traffic» funksiyası («Probkalar») işləmir. Lakin, bu istinad üzrə keçsəniz, tıxacları görə bilərsiniz:

GoogleMaps_traffic_Baku

Xəritənin aşağı hissəsində yolların (Live Traffic) cari yüklənmə səviyyəsini , həm də həftənin və saatın müəyyən günü üçün tipik yüklənmə (Typical traffic) səviyyəsinə baxmaq imkanı var. Güman edirik ki, Bakıda Google xəritələrinin bu funksionalı hələ ki yoxlama mərhələsindədir və istifadəçilərin mobil qurğuları isə informasiya mənbəyi rolunu oynayır. Qeyd edək ki, daha əvvəl tıxacların onlayn şəkildə xəritə üzərində təsviri — GoMap.az saytında yaranıb. Həmçinin, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində tıxaclar haqqında informasiyanı www.niim.az saytında təqdim edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -