ГлавнаяSoftwareИгрыOyun icmalı: Until Dawn

Oyun icmalı: Until Dawn

UntilDawn_3

«Slasher» janrında (ingilis dilindən: Slash — vurub kəsmək, yarmaq) çəkilən qorxu filmlərinin əsas cəhətlərindən biri odur ki, belə filmdə bir neçə baş qəhrəmanla yanaşı bir də onların dalına düşüb bir-bir vəhşicəsinə öldürən psixopat qatil olur. Əksər hallarda manyakın qurbanı o qədər də ağıllı olmayan gənc adamlardır. Until Dawn (Sübhədək sağ qalmaq) bu populyar janrın Sony PlayStation 4 platformasına köçürülməsinin parlaq misalıdır. Düzdür, əvvəllər də gənclər üçün qorxu filmlərini oyun konsollarına keçirmək cəhdləri olub, amma Britaniyanın Supermassive Games studiyasında işləyən Until Dawn oyununun yaradıcıları ilk dəfə həmin janrın bütün incəliklərini bu qədər diqqətə alaraq onları interaktiv əyləncə formasında canlandırmağa nail olub.

UntilDawn_3

Süjetin mərkəzində on yeniyetmə durur. Onlar bağ evində istirahət edirlər. Bağ yeniyetmələrdən üçünün — Hanna ilə Bet bacıların və qardaşları Joşun valideynlərinindir. İçki içib sərxoş olan gənclər bacılardan birinə qərraqca sataşıb onu oyuna gətirirlər, sonra da olanları videoya çəkib İnternetə yerləşdirirlər. Qız utandığından evi qaçaraq tərk edir, ardınca isə bacısı qaçıb ona dayandırmağa çalışır. O andan bəri onları kimsə görməyib. Polis qızları rəsmi olaraq həlak olmuş hesab edir, çünki o an qopan boranda isti paltarsız çölə çıxan bacılar sağ qala bilməzdilər. Lakin bacıların cəsədləri tapılmadı.

UntilDawn_1

Olaylardan bir il keçdikdən sonra Joş həmin gəncləri yenidən bağa dəvət edir. O, istəyir ki, dostlar onun bacılarının əziz xatirəsini yad etsinlər. Gənclər isə Joşun bu xahişinə «yox» deyə bilmirlər və gəlib ağır xatirələrlə bağlı bu məkanda yenidən toplaşırlar. Lakin bu dəfə onları burada bir fincan qəhvə və xoş söhbət gözləmir. Onların başına əsrarəngiz, hətta qorxulu hadisələr gələcək və bu hadisələrdən sonra hamısı həyatda qalmayacaqlar.

UntilDawn_3

Until Dawn oyununun baş qəhrəmanları gənclər üçün nəzərdə tutulmuş ortastatistik qorxu filmlərinin klassik personajlarını təcəssüm edirlər. Bunlardan biri yaraşıqlı, idmançı vücuduna sahib sinif lideri Maykdır. O, qrupun ən göyçək qızı Cessika ilə görüşür. Burada ifritə xasiyyətli Emili də var — adam elə istəyir ki, fürsət çıxan kimi atsın onu manyak qatilin qucağına. Emili öz növbəsində ağıldan kam qaradərili idmançı Mett ilə görüşür. «Botaniklər» də var — Kris və Eşli. Və, əlbəttə ki, oyunun mərkəzi qəhrəmanı, hər kəsin sevimlisi Sem. Sem xeyirxah, ürəyiaçıq qızdır və həmişə çalışır ki, davranışları ilə heç kimi incitməsin. Beləliklə, ev sahibi Joş ilə birlikdə qarşınızda 8 qəhrəman var, və siz oyunun müxtəlif mərhələlərində onların hər birinin obrazına giqməli olacaqsız.

UntilDawn_4

Until Dawn oyununun 10 bölmədən ibarət süjeti oyunçunun hadisələr baş verdikcə aldığı qərarlara bağlı olaraq cərəyan edir. Yaradıcılar nə az, nə çox, tam 1000 səhifəlik ssenari hazırlayıblar. Odur ki, oyunun gedişatı hər addım başı qarşıya çıxan yol ayrıclarında tamamilə fəqrli istiqamətdə davam edə bilər. Daha əvvəl dediyiniz sözdən, atdığınız addımdan asılı olaraq personajlar arasında dialoq dəyişəcək. Bir qədər əvvəl etdiyiniz səhv, ya da aşkarladığınız bir fakt, bunu unutsanız belə, birdən-birə ya qanlı faciəyə, ya da ki, xoşbəxt sona gətirib çıxarda bilər. Misal üçün, gözlənilmədən gözünüzə beysbol bitası sataşır. Deməli, həmin bita sonrakı hadisələrdə sizin qəhrəmanınıza qatildən müdafiə olmağa və beləliklə, ölümdən xilas olmağa kömək edə bilər. Amma bitanı görməsəniz, sonunuz acı olacaq. Oyun hər şüyi nəzərə alır və heç bir şeyi bağışlamır. Oyunda müxtəlif dəlilləri axtarıb aşkar etmək lazımdır, hətta labüddür. Çünki bu dəlillər sizə nələrin baş verdiyini anlamağa, eləcə də keçmişin sirrlərini açmağa kömək edə bilərOdur ki, bəzən oyun lap detektivə dönür. Dəlillərlə yanaşı, oyunda həm də qızıldərililərin taxta totemlərinin parçalarını tapmaq lazımdır, çünki onlar personajların gələcəyinə bir anlıq baxa bilməyinizə kömək edəcək. Totemlər sizi səhv qərarlardan yayındıracaq, hətta bir və ya bir neçə personajı mütləq ölümdən xilas edəcək, odur ki, totemlərə qulaq verin!

UntilDawn_5

Until Dawn oyununun bütün incəliklərini görmək üçün oyunu bir neçə dəfə oynamalısınız. Hər dəfə qarşınıza sürprizlərin və gözlənilməz süjet dəyişikliklərinin çıxacağından əmin ola bilərsiz. Oyunun sonunun nə bir, nə iki — tam yüzdən çox versiyası var. Düzdür, onların əsas fərqi sadəcə sağ qalan personajların dialoqlarındakı fəqrdən ibarətdir. Amma bu başdan sizi xəbərdar edək ki, səhv qərardan sonra oyunu başdan alıb dəyişdirə bilməyəcəksiniz. Yaradıcılar belə bir hilənizi nəzərə alıb oyuna avtomatik inkişaf yazdırma funksiyasını əlavə ediblər. Yazma slotu isə sadəcə bir ədəddir. Beləliklə, oyunda nə isə dəyişdirmək istəsəniz, tək çarə oyuna yenidən başlamaq olacaq. Amma oyunu bir dəfə başdan sonunadək keçdikdən sonra artıq geri qayıdıb on bölmədən istədiyinizi seçərək elə oradan oyunu təkrar oynaya bilərsiz. Buna görə ikinci keçid daha rahat və zövqlüdür, çünki siz oyunu bağışlanmaz səhv etdiyiniz yerə qaytarıb məhz oradan davam edə bilərsiz.

UntilDawn_6

Oyun məşhur qorxu filmlərinin fraqmentlərindən və şablonlarından bacarıqla istifadə edir, amma mütləq bunlara özündən də bir şeylər əlavə edir. Kameranın hər rakursu, süjetin hər yeni döngəsi, hər vizual effekt, hər personajın ölümü şübhəsiz ki, qorxu filmləri və «Slasher» janrına göstərilən hörmətlə doludur. Qorxu filmləri həvəskarları bu oyunu mütləq almalıdırlar. Yeri gəlmişkən, oyun diskində siz həm də oyunun hazırlanması barədə çəkilən sənədli filmlə tanış olacaqsınız, personajları canlandıran aktyorlarla tanış olacaqsınız. Aktyorların arasında «Qəhrəmanlar» serialında ölməz çirlideri canlandıran Hayden Penetyer, hazırda «Mister Robot» teleserialında baş rolda çıxış edən Rami Malek, «Q.A.L.X.A.N. agentləri» teleserialında baş rollardan birində oynayan Brett Dalton və başqaları yer alırlar. Yeri gəlmişkən, onların mimikası oyuna üzlərinin qarşısında sabitləşdirilmiş xüsusi kameraların köməyilə əlavə edilib. Bu metodikanı Ceyms Kemeron «Avatar» filmini çəkərkən istifadə edib.

UntilDawn_7

  • Platforma: PlayStation 4
  • Buraxılış tarixi: 26 avqust 2015
  • Janr: Horror
  • Yaradıcı heyət: Supermassive Games
  • Nəşriyyatçı: Sony Computer Entertainment
  • Yaş məhdudiyyəti: 17+
  • Rəsmi sayt: www.supermassivegames.com/games/until-dawn
Эх, прокачу! Обзор игры MAD Max
Медиапартнерами московской Cisco Connect - 2015 стали 75 СМИ из 10 городов России, а также из столиц Азербайджана и Узбекистана
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!