ГлавнаяБлогиАзербайджанские БлогиAzərbaycanlı oyunçuların “Steam”də yeri

Azərbaycanlı oyunçuların “Steam”də yeri

Steam

Yerli oyunçuların “Steam” statistikası.

Steam

Məlumdur ki, bir çox populyar oyunlara “Steam” ev sahibliyi edir. Bir çox şirkətlər öz oyunlarını, “Valve” şirkətinin virtual oyun mağazası olan “Steam”də satışa çıxarır. Bu sahədə əlbəttə, “Steam” tək deyil, onunla birlikdə “Origin”, “uPlay” və digər elektron satış mağazaları var. Lakin əminliklə demək olar ki, “Steam” ən böyük oyun mağazasıdır. Dünyanın hər bir guşəsində oyunçulara xidmət göstərən bu mağazada əlbəttə ki, azərbaycanlı oyunçular da mövcuddur. Bu yazıda “Steam”dəki azərbaycanlı oyunçuların statistikasını sizlərə təqdim edəcəm. “Steam” şəbəkəsində hər azərbaycanlı oyunçunun ortalama 9–10 oyunu var. Təxmini oynanış saatı isə 496:32 saat qeyd olunur. Azərbaycandan qeydiyyatdan keçən hesabların 76%-i aktiv istifadədədir. Digər maraqlı statistika isə “Family Share” funksiyasını istifadə edən istifadəçilər 0.04% faiz təşkil edir. İndi isə keçək ən çox oynanılan oyunların siyahısına.

Azərbaycandan ən çox oyuncusu olan oyunların siyahısı.

Aşağıda yerləşən fotoda Azərbaycandan ən çox oyuncusu olan oyunlar siyahıya alınıb. Təbii ki, “Dota 2” həmişə olduğu kimi birinciliyi qoruyur. İkincilik “Counter Strike: Global Offensive”ə aid olarkən, üçüncülüyü isə “Team Fortress 2” qoruyur. Diqqətlə nəzər yetirsək, ilk üçlüyün “Valve” oyunları olduğunu görərik. Digərləri isə bu ardıcıllıqla — “Unturned”, “Left 4 Dead 2”, “Counter Strike: Source”, “Garry’s Mod”, “The Elder Scrolls V: Skyrim”, “Terraria” və “Robocraft” — siyahıda yer alır.

Steam 2

Azərbaycanda ən çox vaxt sərf edilən oyunların siyahısı.

Bu siyahıda isə azərbaycanlı oyunçuların hansı oyunlara daha çox vaxt sərf etdiyi göstərilir. Birincilikdə “Company of Heroes 2” yer alır. “Pro Evolution Soccer 2015” isə ikincilikdədir. Əvvəlki siyahıda birinci olan “Dota 2” burada üçüncüdür. Digərləri isə siyahıda bu ardıcıllıqla yer tutur: “Counter Strike: Global Offensive”, “Rising Storm: Red Orchestra 2 Multiplayer”, “Crusader Kings 2”, “DayZ”, “Counter Strike: Source”, “Don’t Starve Together Beta” və “Call of Duty: Black Ops 2 Multiplayer”.

Steam 3

Göründüyü kimi, yerli oyunçular da “Steam”də çox aktivdir. Bu aktivliyin daha da artacağı gözlənilir. Çünki, bir çox oyunçular leqal oyunların keyfiyyətini və effektivliyini əyani şəkildə görür və pirat məhsul əvəzinə “Steam” kimi mağazalardan orijinal oyunları almağı məqsədəuyğun sayırlar. Bu da müsbətə doğru önəmli dəyişiklikdir.

Bütün statistikalar SteamSpy xidmətinə məxsusdur.

Orijinal: https://medium.com/

Apple патентует двойную камеру для iPhone
Microsoft прекращает поддержку Windows 8
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!