ГлавнаяБлогиАзербайджанские Блоги70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!

70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!

tv and radio

Nəhayət, araşdırmamızın ən maraqlı hissəsinə, Azərbaycan bazarı ilə əlaqədar hissəsinə çatdıq. Bundan öncə dünya bazarı ilə əlaqədar yazını kimsə oxumayıbsa, buyurub oxuya bilər – Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları.

tv and radio

Yazının hazırlanmasında bir bloqer olaraq çox əziyyət çəkdim. Amma marketoloqlara vacibliyinin nə qədər böyük olduğunu bildiyimdən maksimum əlimdən gələni etdim ki, bu sahədə olan məlumat qıtlığı və yalan informasiyaların qarşısını alım. Ötən yazıda qeyd etdiyim kimi yaxşı olardı ki, bu infoları bazar ilə mütəmadi olaraq AGB Nielsen paylaşsın, bunu onlar bütün dünyada edirlər, amma nədənsə, Azərbaycanda etmək istəmirlər. Səbəb də bilinmədiyinə görə təbii olaraq insanın ağlına yaxşı heç nə gəlmir. Ona görə də öz kanallarım vasitəsilə məlumat əldə etdim. İnanır və əminəm ki, aşağıda oxuyacağınız məlumatlar 95% dəqiqliklə real statistik mənzərədir.

AGB-nin ölçdüyü və ölçmədiyi kanallar?!

Keçək mətləbə. Azərbaycanda AGB-nin ölçdüyü 6 TV kanal və 12 radio kanal var. Tv kanallara Atv, ANS, Xəzər, Lider, Space, İTV, radio kanallara isə 90 fm, media fm, 102, 106, 106.3, 104, 103, 100.5, antenn fm, radio lider, araz, avto fm daxildir. Onu deyim ki, Aztv AGB ilə ölçülmür, daha doğrusu icazə vermir. Radiolardan isə son dönəm Media FM və Antenn Fm AGB-dən imtina edib və ya tərsinə. Qısa düzəliş edim ki, AGB radio kanalları monitorinq edir, ölçmür. Monitorinq yəni müştəri (agentlik) istəsə bəlli vaxtda bəlli radio kanalda hansı saatlarda hansı reklamların getdiyini öyrənə bilər. İstənilən halda Aztv-ni başa düşmək olar, amma media fm kimi kənardan hamının çox qulaq asdığı kanal təəssüratı oyadan media fm-in bu addımı alqışlanan deyil. Yadınızdadırsa, o vaxt mən radio kanalların reytinqini fb-də sorğu şəklində etmişdim. O zaman belə gözlənilənin əksinə olaraq Media FM ön sıralarda olmamışdı. (10 kanal arasında 7-ci olmuşdu) Nə isə bu öz işləridir, istənilən halda düzgün məlumat alma hamının haqqıdır.

Azərbaycan televiziya kanalları və onların reklam dövriyyəsi

TV kanalların 2015-ci il toplam reklam dövriyyəsi 39-40 milyon manat arasında dəyişib. 2015-ci ildə tv-lərimizdə toplam 900-ə yaxın şirkətin və ya xidmətin 2000-ə yaxın məhsulunun tv reklamı verilib.

Faiz etibarilə reklam cəlbi bölgüsü isə aşağıdakı kimidir.

s/n TV kanal % nisbətilə reklam cəlbi
1 ATV 37%
2 Xəzər 26%
3 ANS 20%
4 SPACE 11%
5 LİDER 3%
6 İTV 2%

Televiziyada reklam verənlər arasında birinci yeri Procter, sonrakı yerləri isə Schvarzkopf, Coca-Cola, Mars, Kraft foods, Unilever, Reckitt-Benckiser, Bakcell, Delloro, Azerfon, Azersun Holding tutur.

Azərbaycan radio kanalları və onların reklam dövriyyəsi

Radio kanalların 2015-ci il üzrə toplam dövriyyəsi təxmini 4.5-5 milyon manatdır. Burada Antenn fm və media fm-in son dönəm monitorinq olunmadığını nəzərə alaraq dövriyyəni aralıqla verdim. 2015-ci ildə radio kanallarımızda təxmini 500-ə yaxın şirkətin və ya xidmətin 1000-dən çox məhsulunun reklamı verilib.

s/n Kanallar %-lə reklam cəlbi
1 Radio 106.3 FM 23,7%
2 Radio 102 FM 17,5%
3 Radio Burc 16,7%
4 Radio 106 FM 11,9%
5 Radio Araz FM 10,2%
6 Radio 103 FM 8,9%
7 Radio Avto FM 5,0%
8 Radio Media FM 3,2%
9 Radio Antenn FM 1,2%
10 Radio 104 FM 0,9%
11 Radio 90 FM 0,5%
12 Radio Lider 0,3%

Radioda reklam verənlər arasında isə birinci yeri FAB, sonrakı yerləri isə ardıcıl olaraq Xətai klinikası, Mətanət A, Kapital Bank, Azercell, Vital, Coca-Cola, ATV+, Mr.Fix, Bank of Baku, Azerfon, Kaspi Təhsil Mərkəzi, Music Gallery, Bakcell, Yeni Həyat, Soliton, Unibank, Baku Electronics, Azersun Holding tutur.

Azərbaycanda internet reklamı bazarı və dövriyyəsi

Bu sektor üzrə məlumatları ölkənin ən məşhur internet satış evlərindən biri olan New-Media şirkətinin İcraçı Direktoru Rasim Davudovdan aldım. Əldə etdiyimiz məlumata görə 2015-ci il internet reklam bazarı dövriyyəsi 6 milyon manat civarıdır. Təxmini real reklam cəlb edə bilən 60-a yaxın veb sayt var. Reklam növləri bölgüsünə görə 1-ci yeri veb-banner, 2-ci yeri context reklam, 3-cü yeri isə video reklam formatı tutur. Onu da qeyd edək ki, video format 2014-cü il ilə müqayisədə 30%-ə qədər payını artırıb. Digər maraqlı məlumat isə təxmini 6 milyonluq internet reklam bazarı dövriyyəsinin təkcə 2.5-3 milyon manatının facebook, google, instagram reklamlarına xərclənməsidir. Həqiqətən də çox ciddi rəqəmdir. İnternetdə reklamverənlər arasında 1-ci yeri mobil operatorlar, 2-ci yer bank, 3-cü yeri isə avtomobil sektoru tutur.

Outdoor bazarı haqqında isə təxmini məlumatlar belə almaq mümkün olmadı. Reklam məcraları içərisində ən qara bazar demək olar ki, bu bazardır. Digər reklam növlərindən olan metro reklamları da 2015-ci ildə Baku2015 oyunlarına görə təsirini mənfi yöndən aldı. Eyni zamanda avtobus reklamı da eyni əziyyəti çəkdi. Ümumilikdə isə ekspertlər bütün növ reklam məcralarını nəzərə alanda Azərbaycanda reklam bazarının 70 milyon manatı ötmədiyini bildirirlər.

Ümidvaram bu məlumatlar marketerlərimizə faydalı olacaq. Növbəti araşdırmalarda görüşmək ümidilə.

Marketermeherrem.com

Microsoft прекратит поддержку Skype для Smart TV
Microsoft предлагает бесплатную миграцию баз данных Oracle на SQL Server
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!