Rəqəmsal televiziya

tv_fon1

Rəqəmsal ilə analoq televiziyası arasındakı fərqi hiss etmək üçün rəqəmsal ilə analoq səsi, ya da şəkili misal gətirib onları öz aralarında müqayisə etmək kifayətdir. Əgər analoq televiziyasında görünüş və səs zolağı elektrik analoq siqnalı vasitəsilə kodlaşdırılıbsa, rəqəmsal televiziyada bu prosesdə, təbii ki, rəqəmsal kodlaşdırma tətbiq olunur.

90-cı illərin sonlarınadək ölkəmizdə yalnız analoq televiziyası mövcud olub. Efirdə SECAM adlı fransız kodlaşdırma sistemi tətbiq olunurdu. Yaşlı oxucularımızın yaxşı yadındadır ki, videokassetlərdəki bəzi filmlər PAL və ya NTSC sistemində olduğundan onlara tamaşa etmək üçün həmin sistemləri dəstəkləyən videomaqnitafon tələb olunurdu.

tv_fon1

Səs və görünüş maneələrinə qarşı zəif müdafiə, eləcə də hər kanal üçün tələb olunan olduqca geniş radiotezlik zolağı analoq sisteminin əsas nöqsanlarıdır. Məhz bu səbəbdən efirdə 20-dən, kabeldə isə nadir hallar istisna olmaqla 70-dən artıq kanal yerləşdirmək mümkün deyildi.

Şübhəsiz, kanal paketini dərhal qoşmaq/ayırmaq xidməti həm abunəçi, həm də operator üçün rahat olan xidmətdir. Lakin bu xidməti analoq siqnalı ilə tətbiq etmək olmur. Üstəlik, analoq televiziyası olduqca güclü, geniş ərazini əhatə edən ötürücü tələb edir, çünki analoq qəbuledicilərində keyfiyyətli görünüş əldə etmək üçün güclü siqnal lazımdır. Bütün deyilənlərdən aydın olur ki, analoq yayım efirində radiotezlik spektri heç də səmərəli istifadə olunmur, qonşu ərazilərdə veriliş eyni kanalda verilə bilmir, nəhayət, yayıma çıxmaq üçün dəqiq tezlik planlaşdırılması tələb olunur.

Bütün bu nöqsanlar rəqəmsalda mövcud deyil. Rəqəmsal sistemin əsas üstünlüyü ondadır ki, kodlaşdırılmış siqnal müasir alqoritmlər, o cümlədən, MPEG vasitəsilə sıxışdırıla bilər. Siqnalın necə kodlaşdırılması və nəyin vasitəsilə sıxışdırılması isə müvafiq standartla müəyyən olunur. Bugün həm Avropada, həm də Azərbaycanda DVB Project beynəlxalq konsorsiumunun məhsulu olan DVB standartları tətbiq olunur. Bu standartlar peyk, efir, kabel və mobil televiziyasını əhatə edir. Sadalanan televiziya növlərində müxtəlif sıxışdırma dərəcələri, maneələrdən müdafiə və digər parametrlər tətbiq olunur. Veriliş mühitindən asılı olaraq bu parametrlərin əhəmiyyəti də arta, ya da azala bilər. Lakin son vaxtlar efir standartı kimi məhz rəqəmsal siqnal qəbul olunur.

4

Əgər televizorunuzun rəqəmsal kanal qəbuledicisi yoxdursa, DVB-T2 standartını dəstəkləyən əlavə dekoder əldə edib bu çatmazlığı aradan qaldırmaq olar.

Efirdə analoq siqnalından rəqəmsala: Azərbaycan variantı

Rəqəmsal siqnalın üstünlüklərindən faydalanmaq üçün dünya cari əsrin əvvəllərindən etibarən müasir veriliş standartlarına keçməyə başladı. Bu proses bütün dünya ölkələrində radioefirin optimallaşdırılması ilə paralel şəkildə aparılır. Rəqəmsal standart sadəcə televiziya şirkətləri tərəfindən deyil, eləcə də mobil operatorlar, hərbiçilər və digər istehlakçılar tərəfindən tətbiq olunur.

Bir televiziya analoq kanalını sıxışdırıb DVB-T2 standartında eyni keyfiyyətli 10 rəqəmsal kanal yerləşdirmək olar. Eyni zamanda, rəqəmsal yayım üçün daha az gücü olan ötürücülər kifayətdir. Hər hansı ölkə daxilində bu prosesləri dövlət tənzimləyir, regional miqyasda isə dövlətlərarası sazişlər tətbiq olunur.

Belə sazişlərdən birinə görə, Azərbaycanın sərhədyanı bölgələrində müəyyən olunmuş müddət ərzində analoq yayımları dayandırılmalıdır. Beləliklə, analoqdan rəqəmsal sistemə keçid sadəcə yeni texnologiyaların tətbiq olunması meylləri ilə deyil, eləcə də ölkələrarası məsuliyyətlə müəyyənləşir.

Olkəmizdə analoqdan rəqəmsal televiziyaya keçid prosesi bir neçə ildir ki, başlayıb. Əvvəlcə bu proses o vaxt bir neçə Avropa ölkəsində tətbiq olunan DVB-T standartına əsaslanırdı. Belə ki, 2012-ci ildən etibarən «Teleradio» istehsalat birliyi Gəncədə çoxkanallı rəqəmsal paketlərin kommersiya yayımını həyata keçirməyə başladı. Başlanqıcda DVB-T standartına əsaslanan yayım daha sonra 2014-cü ildən başlayaraq DVB-T2 standartına keçirildi. Bunun sayəsində hazırda Gəncə, eləcə də Samux, Yevlax, Göygöl, Mingəçevir, Şəmkir və Goranboy rayonlarının əhalisi 90-dan artıq Azərbaycan, Rusiya, Türkiyə, habelə digər ölkələrin televiziya kanallarını qəbul edir.

21

Rəqəmsal kanalları qəbul edən ucuz USB-adapterlər nəinki personal kompüterlər üçün, eləcə də smartfon və planşetlər üçün istehsal edilir. Belə adapterlər microUSB portu vasitəsilə qoşulur.

Digər tərəfdən, «Teleradio» İB 2014-cü ildən etibarən Quba rayonunda DVB-T2 standartı əsasında kommersiya yönümlü çoxkanallı rəqəmsal televiziya yayımına başlayıb. Hazırda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz, Şabran və digər qonşu rayonlarının sakinləri 60-dan çox yerli və xarici kanal qəbul edir. Yaxın gələcəkdə «Teleradio» istehsalat birliyi Cənub, eləcə də Şəki-Zaqatala zonalarında rəqəmsal kommersiya yayımı təşkil etməyə hazırlaşır. Bakı televiziya qülləsi kompleksindən isə Bakı və Abşeron yarımadası üçün DVB-T2 standartına əsaslanan kommersiya yayımını ATV+ kanalı həyata keçirir.

Aydındır ki, televiziya məzmun istehsalçısı ilə istehlakçı arasında bir çox vasitəçi qurum fəaliyyət göstərir. Bunlardan hər biri dəyişdirilməsi qaçınılmaz olan analoq avadanlığına malikdir. Dövlət layihəsi həmin avadanlığın yalnız bir hissəsinin — ötürücü və paylayıcı avadanlığının dəyişdirilməsini nəzərdə tutur. Bəzi hallarda dövlət yeni çəkiliş avadanlığının alınmasında televiziya studiyalarına kömək edir. O ki qaldı istehlakçılara, onlar öz qəbuledicilərini özləri dəyişdirməli olacaqlar. Məhz bu səbəblərdən, nə qədər səy göstərilsə də, analoq sistemindən rəqəmsala bir həmlə ilə keçmək mümkün deyil.

Ölkəmizdə keçid prosesi daha da mürəkkəb keçir. Yüksək templə başlayan proses bir müddət sonra yavaşlandı, ardından analoq kanalının tezlik zolağında DVB-T ilə müqayisədə daha çox rəqəmsal kanal yerləşdirməyə imkan verən, daha mütərəqqi DVB-T2 standartının tətbiq olunması qərarlaşdırıldı.

DBV_T2_logo

Qeyd edək ki, keçid prosesi çözümlülük keyfiyyətinin artırılmasını nəzərdə tutmur. Layihə yalnız yayımın üslubunu dəyişdirməyə yönəldilib. O ki qaldı HD keyfiyyətinə, yəqin ki, biz bunu hələ yaxın olmayan gələcəkdə görə bilərik. Əslində DVB-T2 standartı HD keyfiyyətini dəstəkləyir, lakin dövlət səviyyəsində indilik bu mövzuya toxunmamaq qərarı qəbul olunub.

Bugün DVB-T2 ötürücüləri ölkənin demək olar ki, hər yerində istifadə olunur. Bəzi yerlərdə yalnız bir multipleks (bir analoq kanalının yerini tutan paket), bəzilərində isə artıq ikisi işə salınıb. Bu, o deməkdir ki, müvafiq qəbuledici avadanlığı ilə pulsuz 20 kanal qəbul etmək mümkündür, həm də yaxşı keyfiyyətlə!

Başlanqıcda söhbət rəqəmsal sisteminə keçidin 2015-ci ildə tamamilə başa çatacağından, analoq sisteminin söndürüləcəyindən gedirdi. Lakin ötən il söndürülmə məsələsi təxirə salındı və hələ ki, analoq sistemi işləməyə davam edir.

3

Компания Azercell приняла участие в 4-й Карьерной Ярмарке в Университете АDА
Компания DJI анонсировала квадрокоптер Phantom четвертого поколения
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!