spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияAndroid-də zərərli proqram təminatının sayı artmaqda davam edir

Android-də zərərli proqram təminatının sayı artmaqda davam edir

Symantec Korea şirkəti zərərli proqram təminatının mobil cihazların müdafiə sisteminindən yan keçmə halları barədə illik hesabat dərc edib. Qurumun məlumatına əsasən Android cihazların zərərli proqram təminatı ilə zədələnmə halları keçən ilki göstəricilərlə müqayisədə 40% artıb. Maraq üçün qeyd edək ki, IOS-da bu göstərici dəfələrlə aşağıdır – cəmi 9%.

Symantec təmsilçiləri öz çıxışlarında Apple və Federal Təhlükəsizlik Bürosu (FBI) arasında baş vermiş qalmaqalla da bağlı məlumat verib. Xatırladaq ki, Apple FBI-a terrorla mübarizədə dəstək olmaqdan imtina edərək terrorçu Sayed Faruka məxsus iPhone 5C modelini “sındırmadı”. Federal Büro yalnız qıraq hakerlərin köməyi ilə istəyinə çata bilmişdi. Symantec Korea-nın texniki direktoru Patrik Yunqun sözlərinə görə, Apple və ABŞ dövləti bu məsələdə mütləq şəkildə güzəştə getməlidilər. Yunq qeyd edib ki, bu məsələdə iki vacib amil vardır: milli təhlükəsizlik və insanların şəxsi həyata haqqları və hər iki tərəf bu amilləri balanslaşdırmaq məcburiyyətindədir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -