spot_img
25 апреля, 2024
ДомойSoftwareОперационные системыAndroid N yalnız «Nexus» deyil, digər smartfonlarda da test edilə biləcək

Android N yalnız «Nexus» deyil, digər smartfonlarda da test edilə biləcək

Android L anonsu ilə birlikdə Google şirkəti sistemin test edilməsi üçün xüsusi proqram tərtib etmişdi, hansının ki vasitəsi ilə “Nexus” modellərinin sahibləri yeni yığılmanı tətbiq edə bilirdilər. Bu, Android M və Android N versiyalarında da keçərli idi. Bu günə qədər sistemin test edilməsi üçün əsas şərt “Nexus” modelinin olması idi. Amma bəzi şayiələrə görə Google şirkəti gələcəkdə bu məhdudiyyəti aradan qaldıracaq. Buna işarələr Android N Preview rəsmi səhifəsinə yerləşdirilmiş proqram kodunda aşkarlanıb.

“Daha çox dəstəklənən smartfon, OEM-ortaqların cihazları daxil olmaqla. OTA-yenilənmələrin cihazlarınıza müntəzəm olaraq tətbiq olunması, ilk versiyalardan final versiya olan N daxil olmaqla”, — deyə kodda qeyd edilib.

Xatırladaq ki, Sony və Samsung kimi şirkətlər artıq öz test proqramlarını tətbiq etməyə başlayıblar, ancaq bu proqramlar Android-in yeni versiyalarının relizlərindən daha gec təqdim olunur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -