ГлавнаяТелекомСобытияFBI hakerlərə iPhone-un “sındırılması” üçün 1.3 milyon dollardan çox pul ödəyib

FBI hakerlərə iPhone-un “sındırılması” üçün 1.3 milyon dollardan çox pul ödəyib

iPhone

FBI-ın baş direktoru Ceyms Kouminin məlumatına görə, San-Bernardinodan olan cinayətkarın smartfonunun “sındırılması” üçün onlar 7 il işləyib qazana bilməyəcəyi bir məbləğ ödəyiblər. Kouminin rəsmi məvacibi illik 183 min dollar təşkil edir və direktorun hesablamasına inansaq, 7 ilə o 1.34 milyon dollar qazanacaq və məhz minimum bu məbləğin hakerlərə ödəndiyi qeyd edilir. Bu, indiyə qədər FBI tərəfindən ödənilmiş ən yüksək mükafatdır. Direktorun sözlərinə görə yüksək məbləğin odənilməsi əldə edilən nəticəyə “dəyərdi”. O qeyd edib ki, FBI-ın artıq iPhone 5C modellərinin IOS 9.0 versiyalarını “sındırmaq” üçün öz proqram təminatları var. Belə ki, yalnız ABŞ-da istifadədə 16 milyon iPhone 5C smartfonu var və onların 84%-i IOS 9.0 sistemi ilə çalışır.

Daha öncə qeyd edilmişdi ki, San-Bernardinodan olan cinayətkarın smartfonunun “sındırılması” üçün professional hakerlər tərəfindən 26 dəqiqə vaxt sərf olunmuşdu. iPhone-un heç bir müdafiə sistemi hakerlərə cihazdakı məlumatları əldə etməyə mane ola bilməmişdi.

Facebook вновь меняет алгоритм ленты - теперь он будет основан на времени чтения сторонних статей
Самое интересное с конференции [email protected] 2016
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!