Fintex – Maliyyənin 2.0 versiyası kimi

money and it

Bir-neçə il bundan əvvəl yalnız Start-Up-ların əsas təkan verici qüvvəsi və yeni dəb məhfumu kimi assosiasiya olunurdursa, bu gün Fintex dünyanın demək olar ki, hər yerində investorların maraq dairəsində ən qabaqcıl yerdədir.

Bir tərəfdən maliyyə institutlarının hegemonluğunun qürub çağına keçməsi, digər tərəfədən biznesin irəliləməsində data və texnologiyanın ən önəmli ünsür olması ən qısa zamanda Fintex layihələrini çox cazibədar etmişdir. Statistikanın dili ilə desək, əgər bütün dünya üzrə Fintex layihələrinə olan investisiya 2011-ci ildə 2.1 mlrd. dollar və 298 sövdə ilə kifayətlənirdisə, 2015-ci ildə bu göstərici müvafiq olaraq 13.5 mlrd. dollar və 653 olmuşdur.

Fintex fenomenini daha ətraflı nəzərdən keçirdikdə görürük ki, o adından göründüyü kimi yalnız maliyyə əməliyyatlarının texniki olaraq həyata keçirilməsini təmin edən vasitələr toplusu deyil. Fintex bu tip əməliyyatları daxilində önəmli bir yerdə tutan böyük bir ekosistemdir. Bu ekosistem konservativ maliyyə sahəsinin templəri ilə deyil, müəyyənedici rol oynayan dinamik informasiya texnologiyalarının qibtəsi altında inkişaf edir, innovativ həllər yaradır.

Fintex göstərilən istiqamətlər üzrə yeni həllər yaradır:

— Kredit həlləri banklar və digər maliyyə institutlarına paralel olaraq alternativ maliyyələşmə imkanlarını təqdim edirlər. P2P (person to person) və son zamanlar yaranan P2B (person to business) modelləri ilə bu Fintex nümayəndəsi krediti axtaranla onu təqdim edəni bir araya gətirir, güclü kredit analitikası, scorinq modeli və risk idarəetmə ilə sövdələşməni reallaşdıra bilir. Əgər banklar paralel olaraq qısa və uzun müddətli vəsait cəlb edib onları borcalanlar üçün uzunmüddətli öhdəliklərə çevirməyə səy göstərirlərsə, Fintexin bu nümayəndəsinin əsas diqqəti prossesin texniki olaraq düzgün, hərtərəfli və minimal risklərlə həyata keçməsinə yönəlir. İngiltərənin Zopa, ABŞ-nın Prosper kimi şirkətləri hazırda P2P formalı kreditlərlə byük kütləyə xidmət göstərirlər.

— Ödənişlər/Fakturalama texnologiyaları demək olar ki, bütün Fintex Start-uplarının 80% yaxınını əhatə edir. İstehlakçılara onlayn olaraq istənilən tip ödənişlərin edilməsi, ödəmələrin monitorinqi və onların analitikası əsasında yeni-yeni benefisar oyunçuların qəbul edilməsi, banklardan müstəqil şəkildə ani ödəmə (direct debit) və dövri ödəmə (standing order) məhsullarının qurulması bügun geniş kütləyə xidmət edir.

— Şəxsi Maliyyə İdarəetməsi/Aktivlərin idarə edilməsi texnologiyaları vasitəsilə həm istehlakçılar, fərdi sahibkarlar, həm də təcrübəli şirkətlər öz büdcə və xərclərini optimallaşdırır, öz aktivlərini düzgün qiymətləndirərək yeni gəlir kanallarına çıxmağa səy göstərirlər.

— Pul köçürmələri texnologiyaları ödəniş sistemləri ilə paralel böyük polulyarlığa malikdir və onların uğurlu olmasının əsas səbəbi ənənəvi sistemlərdən daha sərfəli, çevik, dayanıqlı olması və tranzaksiyanın yaxından izlənilə bilməsidir. Bu fintex-lərdən ən tanınmış olanı www.transferwise.com portalıdır.

— Blokçeyn texnologiyaları ümumilikdə Fintexin yeni, lakin sürətlə inkişaf edən üzvüdür. Buna bəzən maliyyənin interneti (internet of finance (IoF)) adlandırırlar. Bugün Blokçeyn texnologiyaları ilə məşğul olan şirkətlər ənənəvi vəsait və alternativ kripto-valyutaların (məs. Bitcoin) nəql edilməsi üçün tam təhlükəsiz və nəzarət edilə bilən köçürmələr zənciri yaradırlar. Məsələn, bir müştəri xarici ölkədəki hər hansı bir hesaba ödəniş etdikdə bu 2 həftəyədək çəkə bilər. Blokçeyn yanaşması isə bu prossesi bir-neçə dəfə tezləşdirir və müxbir münasibətləri üzrə şəffaflığı təmin edir.

— Kapital Bazarları üzrə texnologiyalar həm maliyyə insititutlarına (bank, hendge və birgə fondlar), həm digər institusional investorlara alternativ ticarət sistemindən maliyyə modelləşdirmələsi və analizə qədər geniş vasitələr verirlər.

— Sığorta texnologiyaları vasitəsilə şirkətlər yeni sığorta brokerləri, dağıtım platformaları, fərdi və şirkət sığortasının idarə edilməsi kimi əməliyyatları həyata keçirirlər. Zenefit, Oscaır və Gusto kimi Unicorn şirkətlər (dəyəri 1 mlrd artıq olan şirkətlər) sığorta texnologiyaları bazarının öndə gedən oyunçularıdır.

Bütün yuxarıda qeyd edilənlərdən başqa «marketplace lending», «Online scoring» modeli kimi məhusllar da fintex start-uplar tərəfindən inkişaf etridilir. Bəs nə üçün məhz bugün Fintex bu qədər surətlər inkişaf edir? İnkişafın əsas səbəbi qeyri-nağd ödənişlərinin getdikcə artması, hüquq sisteminin konservativliyinin azalması, data analitika sistmeninin çox önə getməsidir. “Banklar” və “İnnovasiyalar” məhfumları bir-birindən uzaqlaşdlqca, risklərin idarə edilməsi ən prioritet məqam olduqca maliyyə institutlarının öz daxilində fintex kompetensiyaları qurması olduqca çətin və uzun prosessdir. Buna görə də artıq banklar Fintex-ə rəqib deyil, tərəfdaşlara çevirilblər. Qərbin RBS, Santander, Citibank və HSBC kimi bankları Fintex oyunçuları ilə əməkdaşlıq edir, müxtəlif akselerator proqramları yaradır və əsas etibarilə blokçeyn texnologiyalarına fokuslanırlar.

Qonşu Rusiya, Qazaxstan və Türkiyədən fərqli olaraq Azərbaycanda Fintex hələ “qalxmayıb”. Belə ki, hələ bizdə maliyyə texnologiyalarının təkanverici qüvvəsi maliyyə institutları, daha doğrusu banklardır. Fintex Azərbaycanda əsasən bank kreditlərinə dəstək (Alkredit, Cready) və ödəniş sistemləri (eManat, ePul, GoldenPay, Portmanat kimi) ilə müşayət olunur. Daha çox maliyyələşdirmə (kredit vermə) ilə yeknəsək olan bazarda Fintexin güclü inkişaf tempinə keçməməsinin digər səbəbi nağdsız ödənişlərin az olması, müvafiq olaraq tədarükçü zənciri daxilində qeyri-nağdsız hesablaşmaların inkişafının ləngiməsidir.

Bir məsələni də nəzərə almaq lazımdır ki, qabaqcıl ölkələrdə Fintex ekosistemi uzun müddət bank və digər maliyyə institutlarında fəaliyyət göstərən peşəkarların işdən ayrılaraq müstəqil sahibkarlıq işinə başlaması ilə qalxmışdır. Respublikamızda olan hazırki sosial iqtisadi vəziyyət peşəkarların belə təşəbbüskarlıq etmələri üçün yetərincə etimad göstərməyib və hələ də “korporativ əmək” mütəxəssislər üçün əsas gəlir mənbəyidir.

Halbuki Fintexin inkişafı üçün hal-hazırda çox əlverişli şərait yaranır. Bir tərəfdən analiz, CRM imkanlarının bazarda güclənməsi, digər tərəfədən İT sistemləri və bulud həcmlərinin getdikcə əltyetərli olması, insanların global və regional bazarlara çıxmasının maneələrinin azalması kimi pozitiv faktorlar çox yaxın zamanda Azərbaycanlı Fintex Start-Uplarının sədasını göstərəcəkdir.

Yaxın gələcəkdə maliyyə innovasiyalarının Fintex üzərindən irəliləməsi, banklarla əməkdaşlığın güclənməsi və dolayı yolla biznes prosseslərinin tezləşməsi istehlakçılar və şirkətlərin maliyyə məsələlərində kompetensiyasını artıracaq və xərclərin optimallaşdırılmasına şərait yardacaqdır.

Tural Nəbizadə | marja.az

Facebook отменяет правило 20% текста в картинках к рекламным постам
Конец эпохи автомобилей
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!