spot_img
18 апреля, 2024
ДомойТехнологииHardwareİnformatikada qadınlara həsr olunmuş tədbir xanımları beynəlxalq konfransda iştirak etməyə həvəsləndirir

İnformatikada qadınlara həsr olunmuş tədbir xanımları beynəlxalq konfransda iştirak etməyə həvəsləndirir

Azərbaycan ACM (Association for Computing Machinery – Hesablama Maşınları üzrə Assosiasiya)  Bölməsi hər kəsi 30 aprel “Ada mirası: informatikada qadınlar” mövzusuna həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edir. ACM-W Avropanın dəstəyi ilə informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransı ərəfəsində keçiriləcək bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. Daha geniş məlumatı http://azerbaijan.acm.org/womencourage ünvanından almaq mümkündür.

Tədbir texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, onları informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransında iştirak etməyə həvəsləndirmək məqsədi daşıyır. Çıxışçılar qadınların informatika sahəsində peşəkar inkişaf, elmi araşdırma və innovativ sahibkarlıq imkanları barədə şəxsi təcrübələrini bölüşəcəklər. Daha sonra konfrans üçün öz layihələrini təqdim edən iştirakçılar münsiflər tərəfindən qiymətləndiriləcək, məsləhətlər alacaqlar. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili olacaq.

İnformatika üzrə mötəbər elm və təhsil təşkilatı olan ACM-in qadınlar üzrə şurası ACM-W beynəlxalq “womEncourage” konfransının sponsorudur. Bakıdakı tədbirdə çıxış edəcək ACM-W Avropanın sədri, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer söyləyir: “Bu konfransın məqsədi informatikada öz nailiyyət və təcrübələrini təqdim etmək və bölüşmək üçün bakalavr, magistr və dokotrantura tələbələri, habelə tədqiqatçı və peşəkarları bir araya gətirməkdir”.

“WomEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş xanımlara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Müraciət etmək üçün son tarix 9 may 2016-cı ildir. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.

Əgər posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində peşəkar münsiflər heyətinin rəyini öyrənmək istəyirsinizsə, 28 aprel, saat 18.00-a qədər http://azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq göstərilən e-poçt ünvanına yollayın.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -