spot_img
16 апреля, 2024
ДомойТехнологииMicrosoft holoqrafik teleportasiyanın texnologiyasını nümayiş etdirib

Microsoft holoqrafik teleportasiyanın texnologiyasını nümayiş etdirib

HoloLens eynəklərinin devkiti (developer kit) proqram təminatı gəlişdiricilərinə “simvolik” 3000 dollar dəyərinə başa gəlib. Microsoft şirkəti isə bizi ən yeni gələcək texnologiyalarının nümayişi ilə sevindirməkdə davam edir. Məsələn, bu dəfə tamaşaçılara holoqrafik teleportasiya prosesini nümayiş etdiriblər. Digər sozlə ifadə etsək, həmsöhbətin real zamanda skan edilmiş həcmli təsvirinin məsafəli ötürülməsi və onun 3D-modelinin hazırlanması prosesi nümayiş etdirilib.

Bütün bu proses heç də pis sayıla bilməz, amma onu qeyd etmək lazımdır ki, bu maraqlı prosesin gedişatı üçün xüsusi kameralar ilə təmin olunmuş iki yer lazımdır. Hal-hazırda təsisçilərin adlandırdıqları bu “holoportasiya” prosesinin uğurlu alınması üçün xüsusi və olduqca bahalı avadanlıq tələb olnur. Ancaq Microsoftun mühəndisləri bu tip oxşar prosesi gələcəkdə Hololens-in istifadəçi versiyalarında tətbiq etmək üçün çalışırlar.

Ən maraqlı və xoşagələn fakt odur ki, bu tip ünsiyyəti kompyuterin HDD-nə yazmaqla 3D-səhnələri əbədiləşdirmək olar. Bu sadəcə video deyil. Siz ünsiyyət zamanı səhnəni hər bir tərəfdən görə bilərsiniz, həmsöhbətiniz ətrafında gəzişə və eləcə də 3D-modeli böyüdə və ya kiçildə bilərsiniz (“gələcək” haqqında çəkilmiş filmlərdə olduğu kimi). “Holoportasiya” prosesinin gələcəkdə istifadəçilər üçün və yaxud yalnız təsisçilər üçün əlçatan olub olmamasını zaman göstərəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,052ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -