ГлавнаяSoftwareОперационные системыMicrosoft Windows 10-da «göy ölüm ekranını» yeniləyəcək

Microsoft Windows 10-da «göy ölüm ekranını» yeniləyəcək

blue

Hələ Windows 8-də Microsoft istifadəçilərə üzgün smaylik təsviri ilə “göy ölüm ekranını” təqdim etmişdi və indi onu daha da informativ etmək qərarına gəlib. Belə ki, Windows 10-nun 14316 nömrəli sınaq versiyasında kritik səhv haqqında məlumata QR-kod da əlavə olunub. Bu kodun vasitəsi ilə əməliyyat sisteminin köməkçi saytında simptomların təsviri və problemin həlli yolları olan xüsusi bölməyə keçid etmək mümkündür.

Çox güman ki, bu dəyişiklik yay yenilənməsi Anniversary Update-ə əlavə olunacaq. Anniversary Update-in anonsu Microsoft tərəfindən Build 2016 konferensiyasında elan edilib. İstisna olunmur ki, QR-kodun yeni versiyasında müəyyən səhvlər haqqında informasiya əldə etmək üçün birbaşa keçidlər olacaq.

Кто виноват в закате империи Yahoo!
Gələn il Formula 1 yarışları 4K formatında yayımlanacaq
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!