spot_img
19 марта, 2024
ДомойСайтыСоциальные сервисыPeriscope yeni funksiyanı sınaqdan keçirir

Periscope yeni funksiyanı sınaqdan keçirir

İstifadəçilər video yayıma eskizlər (“sketch” – müxtəlif şəkillər) əlavə edə biləcəklər.

The Next Web məlumat verir ki, video yayım proqramı olan Periscope yeni funksiya üzərində işlər aparır. Belə ki, istifadəçilər video yayım zamanı üç fərqli rəngdə müxtəlif şəkil və eskizlər əlavə edə biləcəklər.

Periscope nümayəndələri: “Biz bir qrup istifadəçi ilə yeni funksiyanı sınaqdan keçiririk. Onun köməyi ilə müəlliflər video yayım zamanı ekran üzərinə müxtəlif maraqlı şəkillər əlavə edə biləcəklər”.

Yeni funksiya bütün istifadəçilər üçün bir neçə həftə ərzində tətbiq olunacaq.

Məlumatda o da qeyd olunub ki, yeni funksiyanın əlavə edilməsi Periscope-u digər populyar sosial şəbəkə olan SnapChat-la daha da oxşar edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,059ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
709ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -