ГлавнаяТехнологииYarı-avtomatik yük maşınları karvanı Avropa yollarında uğurla sınaqdan keçib

Yarı-avtomatik yük maşınları karvanı Avropa yollarında uğurla sınaqdan keçib

Полуавтономные колонны грузовиков

Avropada European Truck Platooning Challenge eksperimental müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə müxtəlif avtomobil istehsalçıları tərəfindən təqdim edilmiş yarı-avtomatik yük maşınları uzaq məsafələrə səfər ediblər. Daimler, Volvo və Scania-dan göndərilmiş yük maşınları Avropanın müxtəlif ölkələri daxil olmaqla ümumilikdə 2000 km qət ediblər. Yük maşını karvanı finişə Aprelin 7-si Hollandiyanın Maasvlakte limanında çatıb.

Yarı-avtomatik yük maşınlarının işləmə prinsipi çox maraqlıdır. Belə ki, karvan bir neçə nəqliyyat vasitəsindən ibarət olur və onlardan yalnız öndə hərəkət edən sürücü tərəfindən idarə olunur. Digər arxada hərəkət edən yük maşınları isə vaqonlar kimi öndə idarə olunan yük maşının ardınca hərkət edir. Onlar sürücüsüz olur və öndə gedən sürücü tərəfindən Wi-Fi vasitəsi ilə əlaqə qurularaq istiqamətləndirilir. Onlar məsafə sensorları və peyk naviqasiyası ilə də təchiz edilib. Yük maşınları sinxron şəkildə dönmə əməliyyatı, sürətlənmə və əyləc sistemini həyata keçirirlər. İntellektual sistem karvana daxil olmaq istəyən nəqliyyat vasitəsini özü müəyyən edir və məsafəni stabilləşdirir.

Holland araşdırma şirkəti olan TNO-nun hesablamalarına görə belə yük karvanlarının istifadəsi yol qəzalarının sayını (yol qəzalarının çox hissəsi sürücü səhvlərinə görə baş verir) və yanacaq sərfiyyatını azalda bilər.

Мессенджер Telegram анонсировал масштабное обновление бот-платформы
Kingston Digital представила USB флеш-накопители с аппаратным шифрованием и поддержкой удаленного администрирования данных
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!