ГлавнаяТелекомСобытия10 yaşlı fin Instagram-da tapdığı sistem açığına görə Facebook-dan 10 min dollar mükafat əldə edib

10 yaşlı fin Instagram-da tapdığı sistem açığına görə Facebook-dan 10 min dollar mükafat əldə edib

Instagram

Helsinkinin 10 yaşlı Yani (Jani) adlı sakini Facebook servislərində sistem açığı tapdığı üçün mükafatlandırılan ən gənc haker olaraq tarixə keçdi. Bu barədə fin KİV-lərinə istinadən VentureBeat məlumat yayıb. Sosial şəbəkənin təmsilçisi məktəbliyə ödənilən mükafatı təsdiqləyib.

Yani başqalarının şərhlərini silməyə imkan yaradan sistem səhvini aşkarlayıb. O, bu səhv barədə servis rəhbərliyini email vasitəsi ilə məlumatlandırıb və lazım olan bütün sübutları təqdim edib. 2016-cı ilin fevralında problem aradan qaldırıldı, mart ayında isə gənc Yani 10 min dollar məbləğində mükafatlandırıldı.

Gənc haker qeyd etmişdi ki, təhlükəsizlik servisləri haqqında YouTube-da video çarxlar izləməklə öyrənib. “Mən istənilən şəxsin şərhini silə bilirdim, hətta Castin Biberin belə”, — deyə 10 yaşlı Yani bilidirib.

Əldə edilən mükafatı gənc yeni velosipedə, futbol əyşalarına və qardaşları üçün iki kompüterə xərcləyib.

BlackBerry smartfon istehsalını dayandırmayacaq
Хакеры взломали 272 млн. почтовых паролей
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!