ГлавнаяSoftwareИгры14 yaşlı moldovalı məktəbli özünün ilk oyunu Samoliotik-in aylıq satışlarından 4.5 min dollar pul qazanıb

14 yaşlı moldovalı məktəbli özünün ilk oyunu Samoliotik-in aylıq satışlarından 4.5 min dollar pul qazanıb

SAMOLIOTIK

Moldovalı 14 yaşlı Nikita Paşinskinin ilk oyunu olan Samoliotik satışlarının birinci ayında sahibinə 4.5 min dollar pul qazandırıb. Steam rəqəmsal paylayıcı servisində oyunun qiyməti 0.99 dollardan başlayır.

Nikita əvvəllər heç vaxt proqram işləri ilə məşqul olmayıb və yalnız oyun oynamağa vaxtını ayırıb. Paşinskinin atası proqramçıdır və oğlunun oyun həvəskarı olmasından narazı idi. Lakin oğlunun Samoliotik oyunu ilə uğur qazanmasından ruhlanan ata oğluna artıq bu işdə dəstək verməyə başlayıb. Nikita 10 yaşından HTML və PHP-ni öyrənməyə başlayıb və bunun sayəsində artıq ikinci oyunu üzərində işləyir. Samoliotik oyunu isə sadə təyyarələrdən ibarət “shooter”-dir, ancaq aylıq gəlirin 4.5 min dollar olması oyunun məhşur və uğurlu olacağına zəmanətdir.

General Motors Chevrolet elektromobillərinin bazası əsasında pilotsuz taksilərin sınağına start verib
Bloqerlər bütün nəsil iPhone-ların işləmə keyfiyyətini müqayisə ediblər [video]
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!