spot_img
24 апреля, 2024
ДомойТелекомСобытияNETTY 2016 Azərbaycan Milli İnternet Mükafatı qalibləri elan olunub

NETTY 2016 Azərbaycan Milli İnternet Mükafatı qalibləri elan olunub

Dünən Hyatt Regency Baku otelində NETTY 2016 mükafatlandırma mərasimi keçirilib. NETTY akademiyasının rəsmi iştirakı ilə 16 nominasiya üzrə cari ilin ən yaxşı veb-sayt və layihələri seçilib.

Mərasim iştirakçıları arasında ölkənin ən böyük İT-şirkətlərinin nümayəndələri, KİV təmsilçiləri və başqa qonaqlar yer alıb. Mərasimin yekunu haqqda vide-hesabat və şəkillər netty.az saytında və www.fb.com/NETTYAWARD sosial şəbəkəsində yerləşdiriləcək. 2016-ci ilin qalibləri:

Dövlət saytı: Bakı Metropoliteni rəsmi saytı.

NETTY 2016

Korporativ sayt: Pasha Travel səyahət agentliyinin veb-saytı

Təhsil və elm: Elektron Musiqi Kitabxanası

NETTY 20162

Mədəniyyət və incəsənət: Space of Mugam

İnformasiya və xəbər: Avtostop online jurnalı

Servis-sayt: Events.az

NETTY 20164

Əyləncə: IGO.az informasiya-əyləncə saytı

İdman: Formula 1 Baku City Circuit

NETTY 2016

Azərbaycan: Şahdağ Turizm Mərkəzinin rəsmi saytı

NETTY 20168

Şəxsi səhifə: Tutu Diet

Cəmiyyət: ASAN Könüllüləri

E-ticarət sahəsində ən yaxşı sayt: Arşın Mal Alan

NETTY 2016NETTY 2016

Şəbəkə seçimi: Dns.az online mağazası

Tətbiq: Toptable (Android) (iOS)

İlin İT-hadisəsi nominasiyasında mükafat malların və nəqliyyat vasitələrinin elektron gömrük bəyannaməsi sisteminin həyata keçirilməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim olunub.

NETTY 2016

«Yerli informasiya texnologiyalarının inkişafına töhfəsinə görə» nominasiyasında qalib Golden Pay şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadəyə təqdim olunub.

NETTY 2016

NETTY 2016 mükafatlandırma mərasiminin rəsmi tərəfdaşı Megamart.az internet mağazası olub. Müsabiqə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin tam dəstəyi altında təşkil edilmişdir. Tərəfdaşlar: Megamart.az, Tabasko Branding Bureau, SmartHost, KATV1, DoctorMap.az, BakuTel, De Jure. İnformasiya dəstəyi: İnfocity.az, 1news.az, Disput.az, Oxu.az, Gun.az. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi olub, KATV1 tərəfindən bütün qaliblərə Myvideo Smart Box “ağıllı” cihazı təqdim edilib, SmartHost.az isə bütün nominatlara .AZ domeninin pulsuz qeydiyyat imkanını təqdim edib.

NETTY mükafatı 2004-cü ildə təsis olunub və informasiya texnologiyaları sahəsində ilk professional mükafatdır. Tərəfdaşlıq barədə [email protected] poçt ünvanına yaza bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -