spot_img
20 апреля, 2024
ДомойТехнологииГаджетыGoogle I/O 2016: Google Android Wear 2.0-ni təqdim edib

Google I/O 2016: Google Android Wear 2.0-ni təqdim edib

Google şirkəti I/O 2016 konfransında “ağıllı” saat üçün Android əməliyyat sisteminin ikinci versiyasını təqdim edib. Şərkət təmsilçilərinin sözlərinə görə bu, platformanın ən iri yenilənməsidir. Android Wear 2.0-də təqdim olunmuş yeniliklərdən biri də odur ki, indi mobil tətbiqetmələr birbaşa saatın özündə işə salına biləcək. Bu, “ağıllı” saatın Android smartfonlardan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Artıq istifadəçilər saat ekranına müxtəlif “widget”-lər çıxara biləcək. Məsələn, atılmış addımların sayı, təqvimdən hadisələrin siyahısı və s.

Android Wear 2.0-də yeni mətn yazma üsulu da tətbiq olunub. Belə ki, əgər əvvəllər istifadəçilər yalnız səsli idarəetmə ilə mətn yaza bilirdilərsə, yeni versiyada artıq sensor klaviaturadan istifadə mümkündür.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -