spot_img
29 марта, 2024
ДомойТелекомСобытияİstifadəçilər daha çox “səssiz” və avtomatik göstərilməyən video reklamlara üstünlük verirlər

İstifadəçilər daha çox “səssiz” və avtomatik göstərilməyən video reklamlara üstünlük verirlər

Müştəriləri arasında USA Today Sports, AOL, Popular Science və Hearst Video kimi böyük şirkət və nəşrlərin olduğu, video yaratmaq üçün alətlər təqdim edən Wibbitz platforması bu yaxınlarda amerikalı internet istifadəçiləri arasında maraqlı bir sorğu keçirib. İstifadəçilərə onların müasir video reklam formatlarına necə yanaşdıqları barədə suallar verilib. Sorğunun nəticəsi olduqca maraqlı alınıb:

  • Respondentlərin 97%-i bildirib ki, reklamın videoçarxların sonunda göstərilməsinə üstünlük verirlər
  • Cinsiyyət və yaşından, hansı sosial şəbəkədən istifadə etməsindən asılı olmayaraq sorğu iştirakçılarının əksəriyyəti (70%) reklamları 10 saniyədən artıq izləmək istəmədiklərini bildirib
  • 64% respondent reklamların avtomatik göstərilməsinə qarşıdır
  • 80% sorğu iştirakçısı “səssiz” reklam istədiklərini və həmin reklamların onların maraqları ilə üst-üstə düşməsini istəyib
  • Respondetnlərin əksəriyyəti reklam əngəlliyici tətbiqetmələrdən istifadə etmədiklərini açıqlayıb
  • 61% sorğu iştirakçıları həmişə “reklamı keç” düyməsinə klikləyir

ads

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -