spot_img
29 марта, 2024
ДомойТехнологииHardwareRaspberry Pi Zero - cəmi 5 dollara kompüter

Raspberry Pi Zero — cəmi 5 dollara kompüter

Ötən ilin noyabr ayında Raspberry Pi Foundation fondu bir platadan ibarət cəmi 5 dollar dəyərində Zero kompüterini təqdim etmişdi. Kompüterin parametrləri: 1 Hhz tezliyə malik ARM11 prosessoru, 512 mb operativ yaddaş (RAM), 2 microUSB portu, microSD kart üçün yuva, mini HDMI portu və 40 pinlik interfeys.

Kompüter daha “böyük” Raspberry modelləri üçün nəzərdə tutulmuş proqram təminatının çox hissəsini dəstəkləyir. Əlavə cihazın köməyi ilə aksessuar dəstəyi də mövcuddur.

Raspberry Pi Zero-da olmayan yeganə element – kamera üçün ayrıca konnektor. Lakin bu modul da artıq əlavə olunub. Pi Zero üçün kamera özündən 5 dəfə bahadır və son model kamera 8 mpxl. Sony IMX29 matrisinə malikdir. İstənilən digər USB-kameranın qoşulması da mümkündür.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -