ГлавнаяSoftwareИгрыTezliklə Bakı küçələrində Formula 1 sürəcəksiniz! Oyun haqqında məlumat

Tezliklə Bakı küçələrində Formula 1 sürəcəksiniz! Oyun haqqında məlumat

Baku City Circuit

Formula 1 rəsmi resursu məlumat verir ki, Playstation 4, Xbox One və PC üçün təqdim olunacaq F1 2016 oyunu özündə 10 illik karyera rejimi və bu il Bakıda keçiriləcək yarışların (Baku City Circuit) yeni trasını birləşdirəcək. Oyunda sadə təhlükəsizlik maşınları ilə yanaşı VSC yazısı olan virtual maşınlar da yer alacaq. Onların müdaxiləsi zamanı sürücülər sürəti azaltmalı və trasda daha diqqətli hərəkət etməli olacaqlar.

F1 2016

F1 2016

Codemasters studiyasının aparıcı dizayneri Li Mezer (Lee Mather): «Yeni karyera rejimi F1 2016-ın bəzəyinə çevriləcək və oyunçulara 10 mövsüm boyunca yarışlar keçirərək öz əfsanələrini yaratmağa imkan yaradacaq. Ən sürətli və cəlbedici traslarda edilən yeniliklərlə yanaşı F1 2016 yarışların kulis arxası dünyasını ziyarət etmək imkanını yaradacaq. Bütün bu və digər bir sıra yeniliklər onu deməyə əsas verir ki, F1 2016 əvvəlki illərin oyunlarına nisbətən daha çox yeni imkanlar təklif edəcək».

F1 2016

F1 2016 rəsmi oyunu barədə daha ətraflı məlumat yaxın həftələrdə paylaşılacaq.

Скоро состоится официальный релиз игры F1 2016 с бакинской трассой гонки
Nexus Player - son: Google Apple TV-nin rəqibini "dəfn etdi"
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!