ГлавнаяСайтыСоциальные сервисыFacebook sizin şəkillərinizi siləcək

Facebook sizin şəkillərinizi siləcək

Moments

Facebook öz mobil tətbiqini hissələrə bölməkdə davam edir. Daha öncə bir çox istifadəçinin bəyənmədiyi «Messenger» mobil tətbiqdən ayrıldı, indi isə «Moments» adlı yenilik təqdim olunub. Belə ki, əgər sizdə smartfondan yüklənən şəkilləriniz Facebook-la avtomatik sinxronlaşdırılıbsa, 7 iyul 2016-cı il tarixinədək sosial şəbəkə şəkilləri siləcək və bunun baş verməməsi üçün «Moments» adlı tətbiqi yükləmək tələb olunur.

Bəzi istifadəçilərdə qapalı albomda minlərlə şəkillər mövcuddur və onlar bundan xəbərsizdir.

Tweet

Facebook Moments şəkillərin saxlanılması və ötürülməsi servisidir. Facebook-un əsas mobil tətbiqində şəkillərin sosial şəbəkə ilə avtomatik sinxronlaşdırılması funksiyası mövcuddur və onlar həmin qapalı alboma yüklənir. Şirkət belə bir məlumat yayıb: «Əgər şəkillərinizi saxlamaq istəyirsinizsə, Moments tətbiqini yükləyib orada 7 iyuladək giriş edin. Əgər tətbiqi yükləmək arzusunda deyilsizsə, o zaman şəkillərinizi Facebook səhifəsindən yükləməniz tövsiyyə olunur, əks halda onlar silinəcək».

Qeyd edək ki, söhbət yalnız avtomatik sinxronlaşdırılan qapalı albomlardan gedir. İstifadəçi tərəfindən hazırlanan albomlar, eləcə də sosial şəbəkənin səhifəsinə yüklənən şəkil və videolar silinməyəcək.

Неиспользованные минуты, интернет-трафик и SMS абонентов Klass от Bakcell теперь будут переноситься на следующий месяц
Спонсоры команд Formula 1 из IT-индустрии
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!