ГлавнаяТехнологииСмартфоныLumigon T3 — gecə görmə kamerası ilə təchiz edilmiş ilk smartfon (video)

Lumigon T3 — gecə görmə kamerası ilə təchiz edilmiş ilk smartfon (video)

Lumigont

Danimarka istehsalı olan bu cihaz 4 meqapiksellik infraqırmızı gecə görmə sistemli kamera ilə təchiz edilib. Onun köməyi ilə tamamilə qaranlıq məkanda çəkiliş etmək mümkündür.

Gecə görmə kamerasından əlavə smartfonun iki adi kamerası da var. Əsas kamera 13 meqapikseldir və PDAF avtofokus sistemi ilə təchiz edilib. Onun köməyi ilə 4K formatında çəkiliş aparmaq mümkündür. Ön kamera isə 5 meqapikseldir və 2K çəkiliş xüsusiyyətinə malikdir.

Nightphoto

Lumigonphone

Lumigon

Smartfon 4.8 düymlük 1280 x 720 Super AMOLED displeyi ilə təchiz olunub. Cihaza MediaTek Helio sistemi ilə 8 nüvəli Cortex-A53 prosessoru quraşdırılıb. Tezliyi 2.2 Ghz olan prosessor Android 6.0 Marshmallow əməliyyat sistemi əsasında çalışır. Operativ yaddaş (RAM) 3 GB, daxili yaddaş isə 128 GB təşkil edir. 3D əl izi skaneri, NFC, iki Nano tipli SIM-kart dəstəyi, toz və sudan IP65 səviyyəsində müdafiə sistemi mövcuddur.

Cihaz molibden və yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanıb. Ön və arxa panellər Corning Gorilla Glass 4 tipli müdafiə şüşəsi ilə örtülüb. Cihazın ölçüləri: 137 x 69x 7.9 mm və 145 qr. çəki. Smartfonun qiyməti Avropa bazarı üçün 925 dollar təşkil edir.

Lenovo представила флагманские Moto Z и Z Force
Стоит ли ждать iMessage на Android?
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!