spot_img
26 апреля, 2024
ДомойТехнологииОбзорыMüasir mobil cihazların sensorları və ötürücüləri

Müasir mobil cihazların sensorları və ötürücüləri

Müasir smartfonlar sadəcə səsli rabitə və SMS deyil, daha artığına malikdir. Ancaq məqsədimiz bu cihazların kameraları, prosessorları, ya da proqram təminatları barədə danışmaq deyil. Bugün smartfonlar bir sıra sensor və ötürücü texnologiyaları ilə təchiz olunub. Həmin sensor və ötürücülər qurğuların funksionallığını ciddi şəkildə genişləndirir. Smartfona, ələcə də planşetə, noutbuka, rəqəmsal kameraya və s. yerləşdirilən bu mikrocihazlar qurğunun ətraf mühitlə əlaqəsini təmin edir, məhz bununla da onu «smart», yəni, «ağıllı» edir. Göründüyü kimi, haqqında danışdığımız sensor və ötürücülərin əhəmiyyəti danılmazdır.

Müasir smartfonların təchiz edildiyi əsas sensor və ötürücüləri sadalayaq:

  1. Proximity Sensor (yaxınlıq sensoru)
  2. Accelerometer (akselerometr)
  3. Light Sensor (işıq sensoru)
  4. Gyroscope Sensor (hiroskop)
  5. Magnetic Field Sensor (adətən maqnit kompas sensor sayılmasa da, biz onu da siyahıya əlavə edirik)
  6. Daktiloskopik sensor (barmaq izi sensoru)
  7. NFC (yaxın təmassız əlaqə sistemi)

1

Proximity Sensor (yaxınlıq sesnoru)

Bu sensor fiziki təmas olmadan hər hansı bir obyektin yaxınlaşmasını müəyyənləşdirə bilir. Məsələn, mobil telefonunuzla danışarkən onu qulağınıza yaxınlaşdıranda yaxınlıq sensoru displeyi söndürür. Başqa sözlə, bu sensorun əsas funksiyası ekranı blok etməkdir. Belə ki, telefonu qulağınıza tutarkən displey üzünüzlə təmas edir. Proximity sensor displeyə hər hansı bir təsadüfi klik edilməsin deyə, onu söndürür. Bu funksiya eyni zamanda smartfonun enerji sərfiyyatını da müəyyən qədər azaldır.

2

Son model smartfonlarda yaxınlıq sensoru ilə yanaşı daha bir önəmli ötürücü quraşdırılır. Bu ötürücü adətən yaxınlıq sensoru ilə birləşdirilərək smartfonun ön hissəsində yerləşdirilir. İnfraqırmızı şüa özəllikli bu ötürücü jestləri müəyyən edə bilir. «Air Gesture» adlanan həmin funksiya istifadəçilərə bir çox əməliyyatı cihaza toxunmadan həyata keçirməyə imkan yaradır. Bu funksiyanın sayəsində müəyyən əl jesti ilə zəngə cavab vermək və ya ondan imtina etmək, musiqini dəyişdirmək, veb-səhifəni yuxarı-aşağı çevirmək kimi əməliyyatları yerinə yetirmək olar. Bəzi smartfonlarda (məsələn, Sony Xperia Z) cihazı masa üstünə üzüaşağı qoymaqla gələn zəngi geri çevirmək olar. Ya da, smartfonu əlinizdə silkələyərək, Dxil olan zəngi səsli rejimdən səssizə keçirmək olar.

Accelerometer (akselerometr)

Sensorlar arasında bəlkə də ən yayılmış və vacib olanı akselerometr, ya da, istehsalçıların dediyi kimi, G-sensordur. Hal-hazırda, demək olar ki, bütün smartfonlarda quraşdırılmış bu sensorun vəzifəsi çox sadədir: cihazdakı sürətlənməni izləmək. Burada belə bir sual yarana bilər ki, bu, nə üçün lazımdır? Smartfonu şaqulidən üfqi vəziyyətə gətirdikdə displeyin də avtomatik olaraq üfuqi vəziyyətə keçməsini məhz akselerometr təmin edir. Belə ki, smarfonu çevirdikdə cihazda müəyyən sürətlənmə baş verir və sensor bunu qeydə aldıqda dərhal müvafiq prosesi işə salır. G-sensor eləcə də Bluetooth cihazların siyahısını yeniləyir, veb-brauzerin miqyasını tənzimləyir, eləcə də oyunlarda müxtəlif funksiyaların yerinə yetirilməsində istifadə olunur.

Impression

Qeyd edək ki, akselerometrlər başqa qurğu və cihazlarda da istifadə olunur. Fotoaparatlarda bu sensor çəkilən kadrların çevrilməsi üçün, avtomobillərdə isə təhlükəsizlik yastıqlarının aktivləşdirilməsi üçün istifadə olunur. Bir sözlə, akselerometr cihazın hərəkət edərək sürətlənməsini qeydə aldıqda müxtəlif proseslərin aktivləşdirilməsini təmin edir.

Light Sensor (işıq sensoru)

Bu sensorun da vəzifəsi olduqca sad, amma bir o qədər də faydalıdır: xarici işiqlandırmanın səviyyəsini müəyyən edərək smartfonun ekran parlaqlığını müvafiq surətdə təmzimləyir. Bu xüsusiyyət smartfonda enerji sərfiyyatına qənaət olunmasını təmin edir. Qeyd edək ki, mobil telefonlarda quraşdırılan ilk sensorlardan biri hesab olunan «Light sensor»un funksionallığı istehsalçılar tərəfindən təkmilləşdirilmir.

PH_PR_BAL-CC25-01D3

Səbəb isə bu sensorun işləmə prinsipinin olduqca sadə olması və parametrlərə heç bir müdaxilə tələb etməməsidir: sensor işıqlandırma səviyyəsini avtomatik olaraq müəyyən edir.

Gyroscope Sensor (Hiroskop)

Məhdud imkanları və kiçik istifadə sahəsinə malik akselerometrin əksinə, hiroskop barədə tam əksini söyləmək mümkündür. Üstəlik, hiroskopun yeni imkanları və istifadə sahələri artmağa davam edir. Hiroskop hələ XIX əsrin sonlarında istifadə edilməyə başlayıb. O vaxt hiroskop dəniz donanmalarında istiqaməti müəyyən etmək üçün istifadə olunurdu. İllər ötdükdən sonra unikal imkanlara malik olan hiroskop aviasiyada da istifadə olunmağa başaladı. Mobil cihaza quraşdırılan hiroskop öz konstruksiyasına görə çərçivənin içində fırlanan diskə bənzəyir. Hərəkət edərkən çərçivələrin yerinin dəyişməsinə baxmayaraq, diskin fırlanma oxu dəyişməz qalır. Bunun sayəsində obyektin yerini müəyyən etmək mümkün olur.

5

Mobil cihazlara quraşdırılmış hiroskop oyunların keyfiyyətini artırır. Hiroskopun köməyi ilə siz smartfonu nəinki çevirməklə, eləcə də bu çevirmə hərəkətinin sürətini dəyişdirməklə oyunu idarə edə bilərsiniz. Beləliklə, oyun gerçəyə daha yaxın və keyfiyyətli hiss olunur. Əlavə olaraq qeyd edək ki, hiroskop Android və IOS platformasında işləyən smartfonların vasitəsi ilə uçuş aparatlarının idarə olunmasında da istifadə olunur.

Magnetic Field Sensor (maqnit kompas)

GPS-qəbuledicilərin yaradılması ilə rəqəmsal kompaslar da yayılmağa başladı. Düzdür, naviqasiya texnologiyalarının inkişaf etdiyi dövrdə bu cihazların xeyri o qədər də çox sayılmaya bilər. Maqnit kompas cihazın Yer kürəsinin maqnit qütblərinə nisbətən yerini müyyən edir.

6

Kompasdan əldə edilən informasiya naviqasiya proqramlarında istifadə olunur. Praktiki olaraq, bu kompas müxtəlif proqram və oyunlarda özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb.

Daktiloskopik sensor (barmaq izi sensoru)

Daktiloskopiya yunan dilindən əl-barmaq izlərinin çıxarılması kimi tərcümə olunur, məhz buna görə də smartfonların barmaq izi skanerinə daktiloskopik sensor adı verilib. Smartfon sahibi öz barmaq izini həmin sensora oxudaraq bağlı ekranı aça bilir. Proses barmaq izini analiz edən ötürücülər vasitəsi ilə aparılır. Hal-hazırda innovasiya kimi təqdim olunan bu sensorun ilk dəfə  iPhone 5S smartfonunda tətbiq olunduğu deyilir. Amma bir çoxları bilmir ki, ilk dəfə barmaq izi skaneri hələ 2004-cü ildə Pantech GI100 telefonunda tətbiq olunmuşdu. 2011-ci ildə buraxılan Motorola Atrix 4G modelində həmçinin barmaq izi skaneri vardı. Buna baxmayaraq daktiloskopik sensor məhz Apple şirkətinin iPhone 5S smartfonu buraxıldıqdan sonra məhşurlaşdı. Niyə? Çünki illər öncə mobil telefonlara quraşdırılmış bu tip skanerlər ya çox ləng işləyirdi, ya da onlardan istifadə edildikdə müxtəlif problemlər yaranırdı. iPhone 5S modelində isə ilk dəfə problemsiz işləyə bilən daktiloskopik sensor təqdim edilmişdi.

1

Daktiloskopik sensor müasir smartfonların əsasən ön hissəsində yerləşdirilir. Məsələn, istər Apple, istərsə də Samsung smratfonlarında barmaq izi skaneri «Home» düyməsinə yerləşdirilib. Ancaq bəzi istehsalçılar fərqli təkliflər irəli sürür. Məsələn, Google Nexus 5X modelində daktiloskopik sensor smartfonun arxasında, Sony Xperia Z5 modelində isə yan hissəsində kilid düyməsində yerləşdirlib.

NFC (Near Field Communication — yaxın təmassız əlaqə sistemi)

Kiçik radiuslu, yüksək tezlikli, simsiz və təmassız əlaqə sistemi olan NFC bir çox müasir smartfonlarda istifadə olunur. Bu sistem məlumatların cihzalar arasında ən çox 10 sm məsafədə ötürülməsini təmin edir. NFC-in köməyi ilə ISO 14443 standartlarına malik smart-kartlarla, eləcə də digər NFC dəstəkləyən cihazlarla rabitə qurmaq olar. Cihazın ən maraqlı xüsusiyyəti odur ki, onun vasitəsi ilə smartfon ödəmə kartına çevrilə bilər və siz, məsələn, ictimai nəqliyyatdan istifadə edərkən ödəməni smartfonla həyata keçirə bilərsiniz. NFC-ni dəstəkləyən iki cihazın bir birinə yaxınlaşdırılması ilə avtomatik olaraq Bluetooth rabitəsi qurulur və məlumatların ötürülmə sürəti dəfələrlə artır.

Təhlükəsizlik baxımından bu servis hələ ki, özünü tam olaraq doğrultmayıb. Mütəxəsislər NFC vasitəsi ilə smartfona zərərli faylı yükləyərək bütün məlumatları əldə etməyin mümkün olduğunu təsdiqləyiblər. NFC bağlantısının tam şəffaf olmadığını da aşkarlayan tədqiqatçılar, informasiyanın kartdan smartfona köçürüldüyü vaxt sistem səhvlərinin ola biləcəyini istisna etməyiblər.

Qeyd edək ki, təkmilləşdirmə prosesi davam edən NFC sistemi hal-hazırda Avropanın yalnız bir neçə ölkəsində tətbiq olunur, Azərbaycanda isə güniş yayılmayıb.

Digər sensor və ötürücülər

Barometr

Mövqein müəyyən edilməsində bu sensorun rolu böyükdür. GPS siqnalına qoşulma vaxtını azalda bilən barometr istifadəçinin mövqeini atmosfer təzyiqini və dəniz səviyyəsindən hündürlüyü ölçərək müəyyən edir. Barometrin köməyi ilə flaqman smartfonlarda peyk siqnalı daha tez qəbul edilir, istifadəçinin mövqei dərhal müəyyən olunur. Bundan başqa, əgər istifadəçi dağlıq ərazidə hərəkət edirsə, barometrin köməyi ilə hündürlüyü, atmosfer təzyiqini, gəzinti zamanı sərf etdiyi kaloriyaların həcmini də müəyyən edə bilər. Barometrin xüsusiyyətləri istifadəçinin tutduğu mövqein yalnız üfqi deyil, eləcə də şaquli parametrlərini müəyyənləşdirməyə imkan yaradır. Bu, nə deməkdir? Məsələn, siz hər hansısa ticarət mərkəzindəsinizsə, GPS-naviqator xəritədə sizin mövqeinizi nöqtə şəklində göstərəcək. Barometrin hündürlük və təzyiq ölçmə qabiliyyəti isə mövqeinizin (hündürlük daxil olmaqla) tam naviqasiyasını qeydə almağa kömək edəcək.

Temperatur / Rütubət sensoru

Bu ötürücü ətraf mühitin temperaturunu və rütubətini smartfona quraşdırılmış xüsusi bir dəlik vasitəsi ilə müəyyən edir. Bu ötürücüdən istifadə etmək istəyənlərə Robocat şirkətinin məhsulunu tövsiyə edirik. Şirkətin istehsal etdiyi kiçik ölçülü Thermodo termometr smartfona qulaqlıq girişindən qoşulur. Şəbəkəyə qoşulma tələb etməyən bu cihaz həmçinin enerjini az sərf edir. Thermodo temperaturu həm açıq, həm də qapalı məkanda ölçə bilir.

3D sensor

3D sensor ətraf mühiti davamlı skan edərək onun virtual modelini yüksək dəqiqliklə yaradır. Dünya bazarına çıxarılmış bu sensorlar arasında ən populyar PrimeSense şirkəti tərəfindən təqdim edilən Capri 3D sensorudur. Lakin hal-hazırda bu sahədə ən çox irəliləyiş əldə edən şirkət Xbox One üçün Kinect 3D sensorunu təqdim edən Microsoft-dur. Müasir oyunlarda bu sensorlar özünü ən yaxşı tərəfdən göstərə bilib. Onu da qeyd etmək lazımdır ki, məhz bu 3D sensorların köməyi ilə bu yaxınlarda Microsoft holoqrafik teleportasiyanı təqdim etdi. Bu proses həmsöhbətin real zamanda skan edilmiş həcmli təsvirinin məsafəli ötürülməsindən və onun 3D modelinin hazırlanmasından ibarətdir.

2

Təhlükəsizlik

Suortmor kollecinin professoru Adam Aviv smartfonlara quraşdırılmış sensor və ötürüclər üzərindən haker hücumu riskinin yüksək olduğunu bildirir. Onun araşdırmaları göstərir ki, akselerometr və digər sensorların köməyi ilə smartfonun açardan çıxarılması və məlumatların ələ keçirilməsi mümkündür. Professor qeyd edib ki, smartfonu sensor vasitəsi ilə yarmaq proqram təminatı vasitəsilə «yarmaqdan» daha asandır. Tədqiqatçılar apardırdıqları testlərdə akseleromterin hərəkətləri qeydə alması ilə smartfonun parol yığaraq açılması arasında əlaqə qurublar. Nəticədə 43% hallarda PIN-kod, 73% hallarda isə smartfonun parolu əldə olunub. Mütəxəsislərin fikrinə görə, smartfonun nə qədər çox sensor və ötürücüsü olarsa, bir o qədər də təhlükəsizlik və müdafiə problemləri yarana bilər. Çünki çoxsaylı məlumat və verilənləri ətraf mühidən avtomatik olaraq qəbul edən sensorlara haker müdaxiləsi elə də böyük çətinlik yaratmır.

2

Perspektivlər

Texnologiyaların yüksək sürətlə inkişaf etdiyi indiki dövrdə yeni tip sensor və ötürücülərin yaradılması çox vaxt tələb etməyəcək. Məsələn, amerikalı ixtiraçı Ceykob Freyden bədən temperaturunun təmassız yolla infarqırmızı şüa vasitəsi ilə ölçmək üçün sensor hazırlayıb. Bunu, eləcə də bir sıra digər kəşfləri nəzərə alaraq tam əminliklə deyə bilərik ki, gələcəkdə smartfonlar bizim ilk tibbi yardımçımıza çevriləcək. MIT-in Next Lab laboratoriyasının işçiləri isə gələcəkdə smartfonlarda aritmiya və taxikardiyanı müəyyən edə biləcək sensorların quraşdırılacağını qeyd edirlər.

IBM mütəxəsislərinin sözlərinə görə isə, 2017-ci ildə smartfonlar üçün qoxu ayırd etmə funksiyası hazırlanmağa başlayacaq. Kimyəvi birləşmələrin izlərini müəyyənləşdirən sensorlar dəm qazından qrip virusuna qədər hər şeyi təhlil edə biləcək.

1

Ən maraqlı ixtiralar hələ irəlidədir, odur ki, elm və texnologiyanın sürətli inkişafı bizi hələ çox təəccübləndirəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -