ГлавнаяТелекомСобытияSamsung birdəfəlik Android-dən imtina edə bilər

Samsung birdəfəlik Android-dən imtina edə bilər

Samsung

Korea Times bildirir ki, Samsung smartfonlarının satışı olduqca yüksəkdir, lakin şirkət Google-dan imtina edərək daha çox gəlir əldə edə bilər. Belə ki, nəşr qeyd edir ki, Samsung cəsarətli addım ataraq Tizen əməliyyat sisteminə keçə bilər. Şitkətin rəhbərlərindən biri:

«Əgər öz əməliyyat sisteminiz yoxdursa, bu, gələcəyiniz də yoxdur deməkdir».

Qeyd edək ki, Tizen əməliyyat sistemi ilə Samsung «ağıllı» saatları çalışır və şirkət Android Wear-a keçidi planlaşdırmır. Hindistanda Tizen əməliyyat sistemi əsasında çalışan ucuz seqmentə aid smartfonlar artıq mövcuddur. Lakin Tizen-in flaqman smartfonlarında özünü necə göstərəcəyi məlum deyil. Ola bilər ki, Samsung öz əməliyyat sistemini inkişaf etdirərək uğur qazana bilsin, ancaq onu da qeyd etmək lazımdır ki, bu çox böyük riskdir. Google və Samsung ciddi zərbələr altında qalaraq biri ən böyük Android smartfonlarının istehsalçısını, digəri isə öz alıcılarını itirə bilər.

Компания OnePlus представила третье поколение "убийцы" флагманов — OnePlus 3
iOS 10-da daxili tətbiqləri silmək mümkün olacaq
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!