ГлавнаяСайтыСоциальные сервисыSnapchat şəbəkəyə gündəlik daxil olma sayına görə Twitter-i ötüb

Snapchat şəbəkəyə gündəlik daxil olma sayına görə Twitter-i ötüb

Snapchat

Bloomberg məlumat verir ki, Snapchat mesencerində gündəlik akiv istifadəçi sayı 150 milyona çatıb. Bu göstəriciyə görə tətbiq Twitter mikrobloq servisini geridə qoyub. Dekabrda bu rəqəm 110 milyon təşkil etmişdi. Beləliklə, Snapchat-ı gündəlik istifadə edənlərin sayı 40 milyon artıb.

Bloomberg-in hesablamalarına görə, Twitter-dən gündəlik olaraq 140 milyona qədər insan istifadə edir. Bu göstərici isə Facebook tətbiqləri Instagram, Messenger və WhatsApp-la müqayisədə aşağıdır. Twitter-in təsisçisi Cek Dorsi Snapchat-ı «çox müasir» adandırıb və Twitter-in bu aspektdə problemlərinin çox olduğunu etiraf edərək onların həlli üçün çalışdığını bildirib.

Planner — сервис для совместного ведения проектов от Microsoft
Intel представляет новые процессоры Xeon E7 v4
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!