500 000 kitab indi cəmi 0,15 AZN-ə

Azercell Bookmate

Azercell istəyir ki, istirahət aylarında kitab daima yanınızda olsun!

Ölkəmizin mobil rabitə bazarının lideri Azercell Telekom-un ötən ilin noyabr ayında mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsi abunəçilər tərəfindən böyük həvəslə qarşılanmaqdadır. Kitab sevərlərin böyük marağını nəzərə alan Azercell bu xidmətlə bağlı daha bir yenilik edir. Belə ki, 04.07.2016 tarixindən etibarən “Bookmate” mobil kitabxanasına giriş günluk cəmi 0.15 AZN təşkil edəcək. Bu yenilikdən yararlanmaq üçün abunəçilər *501# komandasını yığmalıdılar. Daha bir sevindirici xəbər isə ondan ibarətdir ki, “Bookmate” kitabxanasına qoşulan abunəçilər ilk 7 gün bu xidmətdən pulsuz istifadə edə biləcəklər.

Bookmate

Məlumat üçün bildirək ki, “Bookmate” — minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 500 000-dən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində Azercell abunəçiləri klassik, müasir və elmi-bədii, biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin ən mühüm üstünlüklərindən biri – “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın– telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir.

Xidmət barədə daha ətraflı məlumat üçun https://www.azercell.com/az/personal/services/partner_services/bookmate/ səhifəsindən yararlana bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Дрон Typhoon H Pro с камерой Intel RealSense доступен для предзаказа
Награждены очередные победители конкурса «Смотри «Брейн-ринг», заработай подарки от Nar»
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!