spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныAnalitiklər: Apple və Samsung rəqabəti sona çatdı

Analitiklər: Apple və Samsung rəqabəti sona çatdı

Kantar tədqiqat şirkətinin analitikləri Apple və Samsung arasında davam edən rəqabətin başa çatdığını bildiriblər. Onlar qeyd ediblər ki, bu rəqabət hər hansısa bir tərəfin qalibiyyəti ilə deyil, sadəcə digər istehsalçıların bazara daxil olması ilə sona çatıb.

applesamsung

Kantar hesab edir ki, indi Apple və Samsung birlikdə Çin şirkətlərinə qarşı mübarizə etmək məcburiyyətində qalıblar. ABŞ və Böyük Britaniya bazarlarının ələ keçirilməsinə baxmayaraq qlobal mühitdə vəziyyət tam başqadır. Bir vaxtlar Asiya bazarının 34%-nə sahib olan Samsung bu göstəricidə 9%-ə enərək öz yerini Huawei-ə ötürüb. Apple da hal-hazırda məhz Huawei ilə mübarizə aparır. Digər Çin brendi Xiaomi də bazara daxil olaraq ciddi rəqibə çevrilib.

Qeyd edilir ki, bu templə 2021-ci ildə dünya bazarında Huawei Apple və Samsung-u geridə qoyaraq şəriksiz liderə çevriləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -