spot_img
28 марта, 2024
ДомойТелекомСтатьиArzularınızı Kikstarter-lə reallaşdırın

Arzularınızı Kikstarter-lə reallaşdırın

Hər gün səhər çağı oyanıb adəti üzrə hazırlaşaraq yollanırıq işə, dərsə… Kimi mühasib, kimi həkim, kimi rəssam — hər kəsin cəmiyyətdə öz yeri, vəzifələri və öhdəlikləri var. Lakin fəaliyyət sahəmizdən asılı olmayaraq hər birimizin həmişə reallaşdırmaq istədiyi arzusu olub. Jurnalist olduğuna baxmayaraq özündə yaradıcılıq və rejissorluq istedadını hiss edən birinin film çəkmək arzusu… Universitet tələbəsinin hansısa bir kompüter oyunu və ya tətbiqi yaradaraq həm qazanc əldə etmək, həm də məşhur olmaq istəyi… Gözəl rəsmlər çəkmək qabiliyyətinə malik bir müəllimin öz yaradıcılığını böyük bir sərgi quraraq dünyaya tanıtmaq xülyası… Bir çox hallarda belə arzular insanların ürəyində reallaşmadan elə xülya kimi qalır, onların gizli istedadları üzə çıxmadan itib gedir… Bu, istedadınızın kifayət qədər güclü olduğuna görə baş vermir. İndiki zamanda perspektivli fikir və layihələrin həyata keçirilməsi üçün maddi və mənəvi dəstək tələb olunur. Sadə və qısa səslənsə də, bu iki faktorun təmin olunması kifayyət qədər ciddi maneədir. Məqaləni həsr etdiyimiz Kikstarter kraudfandinq (Kickstarter Crowdfunding) platforması belə maneələri aşaraq arzu və ideyaların reallaşdırılması yollarından biridir.

10Kikstarter kraudfandinq platforması nədir?

İlk öncə kraudfandinqin nə anlama gəldiyinə aydınlıq gətirək. Kraudfandinq (ingilis dilindən: «crowd» — dəstə, «funding» -mailyyələşdirmə) öz vəsait və resurslarını daha çox İnternet vasitəsilə birləşdirərək başqalarının (fərd və ya təşkilatların) layihələrini dəstəkləyən bir qrup istifadəçinin kollektiv əməkdaşlığı deməkdir. Vəsaitlərin toplanması təbii fəlakətlərin qurbanlarına yardıma, azarkeşlər dəstəyinə, siyası kampaniyalara verilən dəstəyə, azad proqram təminatının yaradılmasına, kooperativ yatırımlardan gəlir əldə olunmasına, startap və kiçik sahibkarlığın maliyyələşdirilməsinə və sair məqsədlərlə həyata keçirilə bilər.

Kikstarter bədii, elmi, sənaye və digər sahələrdə kreativ laiyahələrin həyata keçirilməsi məqsədilə istafadəçilərin bağışladıqları vəsaitlərin toplandığı platformadır. Şirkət 2009-cu il aprelin 28-də Peri Çen, Yansi Strikler və Çarlz Adler (Perry Chen, Yancey Strickler, Charles Adler) tərəfindən veb-sayt olaraq təsis edilib. Baş ofis Bruklin, Nyu-Yorkda yerləşir. Yuxarıda qeyd etdiyimiz kimi, şirkətin qarşısına qoyduğu məqsəd kreativ layihələrin həyata keçirilməsi üçün könüllü olaraq bağışlanan vəsaitlərin toplanmasından ibarətdir.

8Kikstarter komandası özünü belə təsvir edir: «Biz müstəqil, intizamlı şəkildə idarə olunan, Nyu-yorkda köhnə bir qələm fabrikinin binasında birlikdə fəaliyyət göstərən 137 nəfərdən ibarət təşkilatıq. Vaxtımızı Kikstarter-in dizaynı və inkişafına, müxtəlif insanların yaratdıqları layihələrinin qəbuluna sərf edirik və bütün bunları şən əhval-ruhiyyə ilə edirik. Bizi istədiyiniz kimi adlandıra bilərsiniz: istər dizaynerlər, istərsə də, dəstək mütəxəssisləri, tərtibatçılar, musiqiçilər, yazıçılar, robot qurucuları və s. Biz hər sahəni məhz sizin uğurunuz üçün əhatə edirik». Bu isə məşhur amerikan hip-hop triosu De La Soul-un Kikstarter haqqında dediyidir: «Kikstarter sizi tanıyan, sevən və dəstək verən insanlarla işləmək üçün imkan yaradan nadir platformalardan birdir». «The New York Times» isə Kikstarter-i «2010-cu ilin ixtirası», sonra isə «2011-ci ilin ən yaxşı veb-saytlarından biri» kimi qiymətləndirib.

Kikstarter gələcəyi, yüksək perspektivi və uğurlu plana sahib olan istənilən layihəni qəbul etmək və maliyyələşdirməkdə köməklik göstərir. Bu, musiqi, film, komiks, jurnalistika, texnologiya, videooyunlar, rəsm, qida və s. kimi layihələr ola bilər.

2013-cü ildə şirkət iOS üçün, daha sonra Android əməliyyat sistemi üçün də tətbiq hazırladı. 2012-ci ildən başlayaraq isə Kikstarter ardıcıl olaraq Kanada, Avstraliya, Yeni Zellandiya, Danimarka, İrlandiya, Norveç, İsveç və İspaniyada layihələrin qəbulu üçün filiallar açdı.

Peri Çenin dilindən Kikstarter-in maraqlı tarixçəsi

«Uzaq 2001-ci ildə Nyu Orleanda yaşayırdım və bir neçə DJ ilə razılaşaraq 2002 Jazz Festivalında bir şou təşkil etmək istəyirdim. Bunun üçün böyük bir yer tapmışdım və ərazi rəhbərliyi ilə görüş təyin edə bilmişdim. Ancaq arzuladığım şounu təşkil edə bilmədim — məndən həddindən artıq böyük miqdarda vəsait tələb etdilər… Belə olunca, şounun potensial tamaşaçı kütləsinin məsələyə heç bir müdaxilə edə bilməməsi faktı beynimi zəbt etmişdi. Və mən düşündüm: «İnsanlar şouya bilet almaq üçün bir sayta daxil olub pul yatıra bilməzlərmi? Və əgər kifayət qədər məbləğ toplanarsa, şou təşkil edilər, əks halda pullar geri qaytarılar». Bu fikri çox bəyəndim, amma mən internet kampaniyası qurmaqla deyil, musiqi ilə məşqul idim. İllər sonra 2005-ci ildə Nyu-Yorka geri döndüyümdə həmin ideyanı həyata keçirmək qərarına gəldim. Düşünürdüm ki, burada fikrimi reallaşdırmaq üçün imkanlar daha çoxdur, və mən yanılmamışdım…

Nyu-Yorka gələr-gəlməz növbəti addımlarımın nə olacağı haqqında düşünməyə başladım. Veb-saytı kim tərtib edə bilər? Bu nə qədər vəsait tələb edəcək? Lazım olan məbləği necə əldə bilərəm? Bir çox insanla müzakirələr aparırdım, planlar qururdum.

92005-ci ilin sonlarında Yansi Striklerlə qarşılaşdım. Bir müddət sonra biz artıq çox yaxın dost olmuşduq. O, mənə ideyamı reallaşdırmaqda kömək etməyə başladı, maraqlı fikirlər irəli sürdü. Bəzi dostlarımdan kiçik məbləğdə borc pul əldə edə bildim və biz saytı tərtib etməyə başladıq. Əvvəlcə mən bir dizayn fikirləşdim, amma o, heç də cəlbedici deyildi. Bəli, daha çox köməyə ehtiyacım vardı…

Bir il sonra köhnə bir dostum məni Çarlz Adlerlə tanış etdi. Çarlz mənim ideyamı dəstəklədi və kömək etməyə razılıq verdi. Günlərlə mənim evimdə qonaq kimi qalan Çarlz ilə birlikdə saytın xüsusiyyətlərini müəyyənləşdirmək üçün işləyirdik. Lakin heç birimiz kodlaşdırmanı bacarmırdıq. Bunu bacara bilən, bizə dost olmaq istəyən, ideyamızı dəstəkləyən, köməklik göstərib layihəmizin ayrılmaz bir parçası olmaq istəyən birini tapa bilmirdik. İşlər dayanmışdı… Çarlz bir müddətlik fasilə alaraq San-Fransiskoya köçdü. Əldə etdiyimiz borc pul ilə bundan artığını edə bilmirdik…

2008-ci ilin yayında işlərimizə yenidən start verdik. Endi Baio adlı bir dəyərli şəxslə tanış oldum və onu komandamıza dəvət etdim. Daha sonra Çarlz və Endi bir neçə proqramçı tapdı və onları bizimlə işləməyə razı saldı. Biz hərəmiz bir tərəfdə yaşayan dağınıq bir komanda idik. İşləri Skype və e-mail vasitəsi ilə aparırdıq. Ancaq istəyimizə nail olmaq üçün saytı qurmağa davam edirdik.

Nəhayət, 2009-cu ilin aprel ayında Kikstarter.com-u işə saldıq. Bütün dostlarımıza layihəmiz barədə məlumat verdik. Endi öz bloqunda saytımız haqqında yetərli məlumat paylaşdı və bununla da layihəmizin tanıdılması üçün ciddi addım atmış oldu. Yansi yeni istifadəçilərdən və ya istifadəçi olmaq istəyənlərdən elektron məktublar almağa başladı. Çox həyəcanlı idik… Çünki arzumuz artıq gerçəyə çevrilirdi.

İlk günlərdən bizə çox sayda layihələr gəlməyə başladı. Obamanın dizaynı, film çəkilişi, rəsm əsərləri, Robinin yazdığı kitab və s. bu kimi layihələri maliyyələşdirən istifadəçilər də tapılırdı. Biz artıq özümüzə ofis də aça bilmişdik. İlk günlərdən belə uğurun əldə olunması bizə necə sevinc yaşatdığını təsəvvür etmək çətindir…

Kicktarter-in iş prinsipi və layihələri haqqında

Bu platforma çox sadə iş prinsipinə malikdir. Minlərlə insan üzərində işlədikləri layihələri sayta maliyyələşmə üçün təqdim edirlər. Hər bir layihənin maliyyələşdirilməsi üçün müəyyən bir rəqəmin göstərilməsi mütləqdir. Məsələn, «A» layihəsi üçün 100 000 dollar məbləğində vəsait tələb olunur — bu məlumat layihə rəhbəri tərəfindən Kikstarter-ə təqdim olunmalıdır. İstifadəçilər vəsait yatırımı etməyə başlayır və əgər lazım olan məbləğ toplanarsa, istifadəçilərin kredit kartlarından ödədikləri məbləğ çıxılır. Yox, əgər qeyd olunan məbləğ toplanmazsa yatırım edənlərin kartlarından heç bir məbləğ çıxılmır. Kikstarter «hər şey ya heçnə» prinsipi ilə fəaliyyət göstərir.

7Yatırım qoyan istifadəçilər «backer» adlanır. Bəs «backer»lər niyə yatırım qoyurlar ki? Bəzi hallarda «backer» rolunda layihə sahiblərinin dostları, yaxınları və ailələri çıxış edir. Bir çox hallarda isə bu sadəcə layihədən ilhamlanmış, onu bəyənmiş insanlardır. Onlar üçün layihənin gerçəkləşməsi arzularının reallaşmasına bərabərdir. Layihədə əks olunmuş hər hansı bir məhsulun yaradılması üçün, ondan istifadə edə bilmək üçün «backer»lər pul bağışlayırlar. Elə hallar da olur ki, layihə rəhbərləri vəsait yatıran «backer»lərə hazırlanacaq məhsulun bir sürətini, xüsusi buraxılışını, hətta layihənin bir parçası olmağı təklif edirlər. Qeyd edək ki, «backer»lər layihənin hissə sahibi ola bilməz. Kikstarter layihələrin 100% sahiblərinə aid olmasını təmin edir.

Bütün bunlarda Kikstarter-in mənafeyi nədir? Şirkət hər bir maliyyələşdirilən layihənin büdcəsindən 5% alır. Əgər layihə lazım olan məbləği toplaya bilməsə, müvafiq olaraq Kikstarterin xeyrinə heç bir məbləğ də tutulmur.

Layihənizi Kikstarter-ə necə təqdim edə bilərsiniz?

Kickstarter.com veb-saytında «Start a project» bölməsinə girin və orada öz layihənizi yerləşdirin.

1«Biz incəsənət, komiks, dizayn, rəqs, dəb, film&video, yemək, oyun, jurnalistika, teatr, texnologiya, foto, musiqi sahəsində hər bir layihəni qəbul etməyə və dəstək verməyə hazırıq» deyən Kikstarter layihənizi qəbul etmək üçün üç mühüm şərt irəli sürür:

  1. Layihələr dünya ilə paylaşmaq üçün hansısa bir final məhsul təklif etməlidir.

Hər bir Kikstarter layihəsinin məhsul hazırlama planı olmalıdır. Bu məhsul hazır olduqdan sonra onu ictimaiyyətlə paylaşmaq vacibdir. Layihə rəhbərinin bir növ «Budur! Bitdi! Bu da bizim yaratdığımız məhsul! Qiymətləndirin!» demək üçün əsaslı səbəbi olmalıdır.

  1. Layihələr dürüst və aydın formada təqdim olunmalıdır.

Layihələr öz fonlarında tutarlı səbəb və faktlara sahib olmalıdır. Adətən «backer»lərə təqdim etmək üçün layihə prototipləri tələb olunur.

  1. Xeyriyyəçilik, qeyri-qanuni maddi mənafe və Kikstarterdə qəbul olunmayan digər təyinatlı layihələr maliyyələşdirilmir.

Hamımız xeyriyyəçiliyin tərəfdarıyıq, ancaq Kikstarter-də bu qəbul olunmur. Kikstarterdə qəbul edilməyən təyinatlı bütün layihələr haqqında ətraflı Kikstarterin rəsmi saytında məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, hər bir layihə sayt tərəfindən ciddi şəkildə moderasiya edilir. Yalnız ən perspektivli, uğurlu plana sahib və kifayət qədər arqument (layihənin video-planı, fiziki prototipi və s.) təklif edən layihələr maliyyələşdirmə üçün qəbul edə bilər. Kikstarter maliyyələşdirilən layihələrin həyata keçirilməsindən heç bir məsuliyyət daşımır. Pul yatıran isitfadəçilər bu halda layihəni və onun rəhbərinin dürüstlüyünü özləri dəyərləndirməlidirlər. Adətən, layihə rəhbərləri işlərin gedişatını işıqlandırmaq məqsədilə veb-sayt və ya video-kanal açırlar və oradan öz «backer»lərinə lazım olan məlumatı verirlər. «Backer»lərin layihə rəhbərləri ilə görüşmələri, zəngləşmələri və internet üzərindən əlaqə qurmaları da mümkündür.

Kikstarter-in layihələri qəbul edərək dəstəkləməsi ilə yanaşı geri çevirdiyi layihələr də az deyil. «Cancel» olunma səbəbi kimi adətən daha əvvəl Kikstarter-ə təqdim olunmuş layihələrin yenidən başqaları tərəfindən təqdim olunması, tələb olunan fiziki prototipin təqdim olunmaması, moderatorlar tərəfindən yetərincə perspektivli kimi qəbul olunmaması, qeyri-real performans və ya qeyri-real maliyyə tələbi, habelə plagiat kimi səbəblər göstərilir.

Məsələn, Eye 3 Helicopter Drone adlı layihə qeyri-real performans haqqında söz verildiyi, eləcə də prototip şəkillərinin digər məhsullardan götürüldüyü üçün Kikstarter tərəfindən qəbul olunmamışdı. Kobe Red adlı ət yeməkləri ilə bağlı layihə 120000 dolların toplanmasına baxmayaraq, sonradan layihənin yalan və fırıldağ olduğu məlum olunca dərhal ləğv edilmişdi. «Mythic: The Story of Gods and Men» adlı oyun isə qrafikanın digər oyunlardan mənimsənildiyinə və qeyri-real preformans təklif etdiyinə görə ləğv edilmişdi.

2Layihələr haqqında statistik məlumat

Yarandığından bəri Kikstarter-ə 106.524 layihə təqdim olunub, 11 milyon istifadəçi «backer» rolunda çıxış edərək cəmi 2.4 milyard dollar yatırım qoyub. Ən çox vəsait toplayan layihələr isə aşağıdakılardır:

Pebble Techonlogy-nin təqdim etdiyi «Pebble time» «ağıllı» saat layihəsi ötən il təxminən 80 000 istifadəçinin yatırım qoyması ilə rekord məbləğdə vəsait toplaya bilib: 20 milyon ABŞ dolları.

6Rayan Qrepper tərəfindən irəli sürülmüş «Coolest Cooler» layihəsi iki il öncə nə az nə çox, tam 13 milyon ABŞ dolları məbləğində vəsait topladıqdan sonra həyata keçirilib.

Ən çox vəsait toplayan layihələrin siyahısında üçüncü pillədə yenə də Pebble Technology-nin təqdim etdiyi Android və iOS üçün «e-paper Watch» layihəsi qərarlaşıb. Bu layihə 68 000 «backer»in yatırım qoyması sayəsində 10 milyon ABŞ dolları məbləğində vəsait topladıqdan sonra həyata keçirilib.

Qeyd edək ki, Kikstarter saytında heç bir yatırım əldə edə bilməyən layihələrə rast gəlmək, demək olar ki, mümkün deyil. Dəyərli ideyanın, maraqlı arzunun reallaşması üçün insanlar hər cür maddi və mənəvi dəstək göstərməyə hazırdırlar. Lazım olan yatırım-layihə ortamını təşkil etməyi isə Kikstarter layiqincə bacarır.

İstifadə olunmuş ədəbiyyat: kikstarter.com, wikipedia.org, crowdsourcing.ru, entrepreneur.com

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -