ГлавнаяТелекомСобытияİnternetin sürətini birbaşa Google-dan yoxlamaq mümkün olacaq

İnternetin sürətini birbaşa Google-dan yoxlamaq mümkün olacaq

Googlespeedtest

Google şirkəti hər zaman tərtibatçıların uğurları üçün çalışdığını bildirib və Google Play-də daha çox tətbiqlərin yer almasını istəyib. Lakin şirkətin son günlərdə atdığı addımlar bunun tam əksini təsvir edir. Belə ki, şirkətin öz axtarış sisteminə əlavə etdiyi sadə bir funksiya yüzlərlə tətbiqi lazımsız edir.

Məsələn, bu yaxınlarda axtarış sisteminə yeni funksiya əlavə edilib: istədiyiniz mahnının sözlərini öyrənmək üçün həmin mahnının adını və «lyrics» sözünü axtarış bölməsinə yazmağınız kifayətdir. Sözsüz ki, bu addım yüzlərcə bu sahəni əhatə edən tətbiqlərin lazımsız olmasına gətirib çıxarıb.

İndi isə Google internet sürətinin yoxlanılması funksiyasını öz axtarış sisteminə əlavə etmək istəyir. Şirkət təmsilçilərinin sözlərinə görə, sürətin yoxlanılması üçün axtarış bölməsinə «speed test» yazmaq kifayət edəcək və 30 saniyədən az bir müddətdə nəticə təqdim olunacaq. Hamının yaxşı tanıdığı «SpeedTest» tətbiqinin bu yenilikdən sonra aktuallığını itirəcəyi gözlənilir.

Новая система безопасности в Windows 10
Nar объявляет о старте кампании «Летние разговоры»
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!