spot_img
20 апреля, 2024
ДомойТелекомСобытия2021-ci ildə əşyaların İnternetinə qoşulmuş cihazların sayı 16 milyarda çatacaq

2021-ci ildə əşyaların İnternetinə qoşulmuş cihazların sayı 16 milyarda çatacaq

İsveçin Ericsson şirkətinin keçirdiyi araşdırmanın nəticələrinə görə, 2018-ci ildə Əşyaların İnternetinə (Internet of Things, IoT) qoşula bilən qurğuların sayı mobil telefonların sayını ötüb keçəcək. Ericsson Mobility Report təhlilçilərinin dərc etdikləri hesabatda deyilir ki, 2015 — 2021-ci illərdə IoT qoşulmalarının sayı ildə 23% artacaq. Proqnoz müddətinin sonunda ümumilikdə 28 milyard qoşulmuş qurğulardan 16 milyardı Əşyaların İnterneti seqmentində olacaq. Ən dinamik inkişaf Qərbi Avropa ölkələrində gözlənilir. Buradakı IoT qoşulmalı qurğuların sayı 2021-ci ilədək 400% artacaq. İnkişafa əsas təkan verən amillər arasında “ağıllı” enerji şəbəkələri üçün irəli sürülən tələblər, eləcə də qoşulmuş avtomobillərin böyüməkdə olan seqmenti və 2018-ci ildən etibarən Avropada eCall təcili çağrı sisteminin icbari qaydada bütün avtomobillərdə quraşdırılması göstərilir.

2

Əşyaların İnterneti seqmentindəki ən yüksək inkişaf tempi mobil rabitə sistemlərində (Cellular Internet of Things) proqnozlaşdırılır. Bu seqmentdəki qoşulmuş qurğuların ümumi sayı 2015-ci ildən 2021-ci ilədək 400 milyondan 1,5 milyarda qədər artacaq. Ericsson Mobility Report araşdırmasının tam versiyası ilə ericsson.com/ericsson-mobility-report keçidindən tanış olmaq olar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -