spot_img
24 апреля, 2024
ДомойТехнологииEstream - dünyanın ən kiçik su elektrik stansiyası

Estream — dünyanın ən kiçik su elektrik stansiyası

Estream adlı bu cihaz enerjini axan sudan əldə edir və əlverişli ölçüləri sayəsində adi bir çantaya yerləşə bilər.

Portativ generator dünyanın ən tükənməz və proqnozlaşdırılan resursu olan axan su ilə fəaliyyət göstərir. Gecə və ya gündüz, küləkli və ya stabil hava şəraitində, sadəcə çay axını ilə Estream enerji yığa bilər və sizin istənilən cihazınızı enerji ilə təmin edə bilər.

Axın enerjiyə fırlanan turbin vasitəsi ilə çevrilir. Ən yavaş axın belə turbini fırlanmağa vadar edir və beləliklə cihaz enerji yığmağa başlayır. Tərtibatçılar bildirir ki, Estream-in tamamilə enerji yığması üçün 4.5 saat kifayətdir. Toplanılan enerji 3 smartfon, GoPRo və planşet üçün istifadə oluna bilər. Estream-i sualtı fənər kimi də istifadə etmək mümkündür.

Qeyd edək ki, layihə Kickstarter-də qeydiyyatdan keçirilib və siz bu layihəyə dəstək olaraq Estream innovativ cihazından ən birinci istifadə edənlər siyahısında ola bilərsiniz.

Предыдущая статья
Следующая статья
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -