spot_img
19 апреля, 2024
ДомойТехнологииMicrosoft növbəti on illikdə yaranacaq peşələrin siyahısını tərtib edib

Microsoft növbəti on illikdə yaranacaq peşələrin siyahısını tərtib edib

Texnoloji inkişafın peşə sahələrinə təsiri getdikcə artır. Bir çox köhnə peşələr yeni ixtisaslarla əvəz edilir. Microsoft Surface və The Future Laboratory növbəti on illikdə yaranacaq 9 peşəni təqdim edir:

1. Virtual mühit dizayneri
Bəli, növbəti on ildə insanlar virtual mühitə daha çox vaxt ayıracaqlar və bu mühitin daha da təkmilləşdirilməsi üçün dizaynerlərə ehtiyac duyulacaq.

2. Robo-etika hüquqşünası
Bir müddət əvvəl Tesla maşınında avtopilotdan istifadə edərək dünyasını dəyişən sürücü və digər bu kimi baş verə biləcək hadisələr texnoloji yeniliklərin də hüquşünasları olacağına zəmin yaradır.

3. Rəqəmsal mədəniyyət mütəxəssisi
Bir növ yeni innovativ cihazlardan istifadə qaydaları ilə bizi tanış edəcək mütəxəsis.

4. Biohakerlər
Orqanizm və bədənimizi texnoloji yeniliklərlə təkmilləşdirmək üçün çalışacaq insanlar.

5. Əşyaların İnterneti ideyaları üzrə mütəxəssis
Cihazlar arasında müxtəlif şəbəkə bağlantıları quracaq şəxs.

6. Kosmik tur təşkilatçıları
Ekspertlər yaxın on illikdə kosmik ekskursiyaların mövcud olacağına inanırlar.

7. Təbii ətraf mühitin yenidən qurulması üzrə mühəndis
Ətraf mühitin texnoloji inqilab və insan sayının artmasına görə yenidən qurulması üçün mütəxəsislər ekosistemlər yaradacaq.

8. Şəxsiyyət kuratorları
Fikir, ideya və arzularımızla dolu informasiya axınını idarə etmək üçün bizə kömək edəcək şəxslər.

9. İnsan bədəni dizayneri
İmplantantların inkişafı ilə bədənimizi istədiyimiz kimi dəyişmək imkanımız olacaq və xüsusi dizaynerlərə ehtiyac duyulacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -