ГлавнаяТелекомСобытияÜmumi mükafat fondu 200.000 ABŞ dolları təşkil edən WESG (World Electronic Sports Games) turniri start götürür

Ümumi mükafat fondu 200.000 ABŞ dolları təşkil edən WESG (World Electronic Sports Games) turniri start götürür

wesg

Bu yaxınlarda IeSF (International e-Sports Federation) ilə Alisports şirkəti arasında kiberidmanın rəsmi idman növü kimi qəbulu və birgə çempionatın təşkili istiqamətində səylərin birləşdirilməsi ilə bağlı memorandum imzalanıb.

Beləcə, nəhəng WESG (World Electronic Sports Games) turnirinin keçirilməsinə qərar verilib. Yarışın regional təsnifat mərhələlərində Cənubi Qafqazın və Türkiyənin oyunçuları iştirak edə bilərlər. Regional turnirlərin qaliblərinə 2016-cı il 26-28 avqust tarixində Dubayda keçiriləcək final mərhələsinə hər növ üzrə dəyəri ödənilmiş iki kvota təqdim olunacaq. Dubayda final mərhələsinin ümumi mükafat fondu 200.000 ABŞ dolları təşkil edir.

Qeydiyyat aşağıdakı növlər üzrə aparılır:

1. Counter-Strike: Global Offensive —https://wesg.starladder.com/en/csgo/tournaments/1344/

2. DOTA 2 — https://wesg.starladder.com/en/dota2/tournaments/1345/

3. HearthStone — https://wesg.starladder.com/en/hs/tournaments/30/

4. StarCraft 2 — https://wesg.starladder.com/en/sc2/tournaments/23/

Tələsin, qеydiyyat üçün nəzərdə tutulmuş vaxt məhduddur – 12 avqust saat 00.00-dək (CET)!

Təşkilatçıların xüsusi tələbi: çempionatda yalnız Azərbaycan vətəndaşları iştirak edə bilərlər!

Azerbaijan Cybersport Federation
Softprom by ERC будет представлять продукты Synology на территории Азербайджана
Браузер Google Chrome перестанет поддерживать Flash
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!