ГлавнаяТелекомСобытияApplab yerli developerlərin uğurunu paylaşır: Kvotter mobil sosial şəbəkəsi istifadəyə verildi

Applab yerli developerlərin uğurunu paylaşır: Kvotter mobil sosial şəbəkəsi istifadəyə verildi

Kvotter

Bakcell şirkəti böyük məmnuniyyətlə “Applab” proqramının iştirakçısı olan “Kvotter” layihəsinin növbəti uğurunu elan edir. Belə ki, “Kvotter” adlı tətbiqin beta versiyası Android platformalı cihazlar üçün istifadəyə verilib.

Kvotter — kitablardan sitat paylaşmaq üçün yeni mobil sosial şəbəkədir. Kvotter tətbiqini yükləyərək, hazırda oxuduğunuz kitabdan bəyəndiyiniz sitatın şəklini çəkərək, tətbiq vasitəsilə şəkildəki yazını mətnə çevirərək, yazıçı və kitab adını qeyd etməklə həm yaddaşda saxlaya, həm də dostlarınızla paylaşa bilərsiniz. Bundan əlavə, dostlarınızın nə oxuduqlarını və hansı sitatları paylaşdıqlarını görə və bəyənə bilərsiniz. Kvotter applikasiyasını yükləmək üçün bu keçiddən istifadə etmək olar https://play.google.com/store/apps/details?id=az.kvotter&hl=ru

Kvotter layihəsi haqqında əlavə məlumat üçün keçid: https://www.facebook.com/kvotter/videos/1734110983480573/

Qeyd edək ki, bir müddət öncə Applab iştirakçılarının “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı  olan Wayra UK şirkətinə təqdim ediyi 11 layihədən 4-ü xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib. Kvotter də bu uğurlu layihələr sırasındadır. Son seçim mərhələsindən uğurla keçmiş layihələrə 70.000 ingilis funt sterlinqi məbləğində investisiya yatırılacaq. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir. Bakcell və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin  startap layihələrini  inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

Dell представляет новые ноутбуки серии Vostro
Coradia iLint — первый водородный поезд
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!