spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныSamsung 2.5 milyon Galaxy Note 7 smartfonunu geri çağırıb və satışları dayandırıb

Samsung 2.5 milyon Galaxy Note 7 smartfonunu geri çağırıb və satışları dayandırıb

Batareyanın alışması riski səbəbilə Samsung şirkəti yenicə təqdim olunmuş Galaxy Note 7 smartfonlarının 2.5 milyon ədədini geri çağırıb və ümumi satışları dayandırıb.

Bu xəta üzündən Koreya şirkəti təxminən 1 milyard dollar itirmiş olacaq. Bu isə şirkətin illik gəlirlərinin 5%-ni təşkil edir. Şirkət rəsmiləri bildiriblər ki, smartfonların təhlükəli batareyaları dəyişdirildikdən sonra bazara daha aşağı qiymətlərlə qayıtması mümkündür.

Credit Suisse mütəxəsislərinin araşdırmalarına görə, bir Galaxy Note 7 cihazından Samsung orta hesabla 708 dollar əldə edəcəkdi. Şirkətin biznes planına əsasən bazara 12-14 milyon cihaz çıxarılmalı idi, lakin bu problem səbəbilə, eləcə də Apple-ın iPhone 7-ni tezliklə təqdim etməsinə görə Galaxy Note 7 mobil bazarda populyarlığını itirmiş olacaq.

Galaxy Note 7-lərin bazara təkrar qayıtması tarixi məlum deyil.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -