spot_img
28 марта, 2024
ДомойТехнологииСмартфоны2016-cı ilin ən yaxşı iki SIM-kartlı (Dual) smartfonları

2016-cı ilin ən yaxşı iki SIM-kartlı (Dual) smartfonları

Androidinsider.ru saytı cari ilin ən yaxşı iki SIM-kart dəstəkləyən smartfonlarının reytinq cədvəlini tərtib edib. Reytinqdə ilk pillədə Samsung Galaxy S7 Galaxy S7 edge smartfonları qərarlaşıb. Note 7 smartfonu ilə yaşanan problemlər Samsung şirkətini məhz bu modellərə diqqət yetirməyə məcbur edib və istehsalçılar smartfonların iki SIM-kartlı versiyasını da təqdim ediblər.

Reytinqin 2-ci pilləsində OnePlus 3T smartfonu yer alıb. Bir müddət əvvəl təqdim olunan flaqman Snapdragon 821 prosessoru, 3400 mAh batareya və 16 mpxl. kamera ilə təchiz edilib.

oneplus3t

İlk üçlükdə LG G5 smartfonunu görmək olar. Snapdragon 820 prosessoru, 4 GB RAM və 5.3-düymlük QHD-displey smartfonu flaqmana çevirsə də, bu model OnePlus 3T modeli ilə rəqabətdə az da olsa uduzur.

LGG5

Reytinqin 4-cü pilləsində keyfiyyətli Çin modeli ZTE Axon 7 qərarlaşıb. QHD AMOLED-displey, Snapdragon 820 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş ilə təchiz edilmiş bu smartfon 400 dollara bazara çıxarılıb.

zte

Nəhayət, iki SIM-kartlı smartfonların reytinqində 5-ci pillədə Motorola Moto Z Play smartfonu yer alıb. Full HD-displey, Snapdragon 625 prosessoru, 3 GB RAM bu modelin əsas göstəriciləridir.

motozplay

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -