spot_img
29 марта, 2024
ДомойТелекомСобытияAzərbaycanda ilk dəfə Azerbaijan Women in IT Award - AWITA 2016 müsabiqəsi...

Azərbaycanda ilk dəfə Azerbaijan Women in IT Award — AWITA 2016 müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə Femmes Digitales — Azerbaijani Women in IT Club (AWIC) təşkilatçılığı ilə Azerbaijan Women in IT Award — AWITA 2016 müsabiqəsi keçiriləcək.

Azərbaycan Qadını İT-də Mükafatlandırması Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbirdir.

20 nominasiya üzrə təşkil olunacaq AWITA 2016 müsabiqəsinin keçirilməsi haqqında məlumat:

Tarix: 26.01.2017

Saat: 18:00

Məkan: TBC

İştirakçıların yaşı 18 və ya 18-dən yuxarı olmalıdır.

Müraciət və Qiymətləndirmə Meyarları:

Müraciət edənlər qiymətləndirilmə üçün aşağıdakı kriteriyalara cavab verməlidir:

  • Təyin olunmuş namizəd qadın olmalı, yaxşı 18 və ya 18-dən çox olmalıdır.
  • Namizəd Azərbaycanda yaşamalıdır;
  • Müraciət formasında namizədliklə bağlı göstərilmiş bütün aspektləri tamamlamalıdır;
  • Təqdim edilmiş videolar 3 dəqiqədən artıq olmamalıdır;
  • Əvvəlcədən hazırlanmış bütün materiallar, məsələn, musiqidən istifadə təsdiqlənmiş olmalı və ya lisensiyasız olmalı, yaxud pulsuz istifadə üçün lisenziyası olmalıdır.

Qiymətləndirmə Meyarları:

  • Təqdim edilmiş video 3 dəqiqəlik video məhdudiyyətinə cavab verməlidir.
  • Mətnlər qiymətləndirmə üçün azərbaycan/ingilis və yaxud rus dilində təqdim edilə bilər.
  • Təhqiramiz xarakter daşıyan və yaxud mədəni baxımdan nəzakətsiz hesab olunan istənilən bir mətnə görə diskvalifikasiya olacaq.
  • Müsabiqə təşkilatçıları namizədlərin və onların videolarının münasib olub-olmaması ilə bağlı qərar vermək hüququna malikdir.

Namizədliklə bağlı qaydalar

Münsiflər heyəti bütün finalistlərin namizədliyini nəzərdən keçirmək üçün mükafatlandırma mərasimindən bir həftə əvvəl bir yerə toplaşacaqlar. Onlar qalibləri təqdim edilmiş yazılı məlumatlar əsasında seçəcəklər, ona görə də bacardığınız qədər çox məlumat daxil etməyə çalışın. Təqdim ediləcək yazılı materialınızı hazırlamaq üçün aşağıda sadalanmış kateqoriyalar üzrə kriteriyalardan istifadə etməyiniz xahiş olunur, çünki münsiflər öz qərarlarını vermək üçün hər bir kriteriyaya istinad edəcəklər. Təqdim edilmiş yazılı məlumat sahələrinin hər biri minimum 600 söz, maksimum isə 1000 söz olmalıdır. Namizədliyin irəli sürülməsi üçün heç bir xidmət haqqı tutulmur və siz istədiyiniz qədər çox kateqoriya daxil edə bilərsiniz.

7 mükafatlandırma kateqoriyası üzrə qaliblər yanvarın 26-da mükafatlandırmanın qeyd edilməsi üçün təşkil edilmiş nahar mərasimində elan ediləcək.

AWITA-2016 Azərbaycanda texnologiyanın şaxələndirilməsinə xidmət edən ən böyük tədbirdir. Azərbaycanın İT sahəsindəki ən nüfuzlu 100 lideri bu tədbirdə toplaşacaq.

Nominasiyalar: ilin innovatoru, ilin it səfiri, ilin e-bacariqlar layihəsi, biznes rol modeli,  ilin start-up-i,  ilin proqram təminati, ilin təsisatçisi, baş icraçi direktoru və yaxud it direktoru, rəqəmsal texnologiya üzrə ilin lideri,  it təhlükəsizlik üzrə ilin çempionu və s.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -