spot_img
29 марта, 2024
ДомойSoftwareИгрыKompüter oyunlarını tərtib etmək üzrə harada təhsil almaq olar?

Kompüter oyunlarını tərtib etmək üzrə harada təhsil almaq olar?

Cəmi bir neçə il əvvəl «oyun industriyası üzrə təhsil» təəccüblə qarşılanardı. Bugün bu barədə artıq ciddi şəkildə danışmaq olar. Maddi qazanc baxımından ilk uğurlu oyunlar hələ ötən əsrin 70-ci illərində çıxmışdı. Hazırda isə oyun tərtibatçılığında ixtisaslaşan şirkətlər inkişaf edərək eyni zamanda mütəxəssislərə olan tələbatı da artırır. Bazar kortəbii formalaşır, mütəxəssislərdə aranan əsas üstünlüklər isə onların dərrakəsi və geniş praktiki təcrübələridir. Lakin vəziyyət getdikcə dəyişir və tərtibatçılar üçün irəli sürülən tələblər artır. Lakin oyun tərtib etməkdə peşəkar təhsil almağa imkanları olan rəssam və proqramçılardan fərqli olaraq geym-dizaynerlərin hələ də öz şəxsi təcrübələrinə arxalanmaqdan başqa çarələri yoxdur.

Geym-dizayner nə deməkdir?

Tərtibatçı komandada bu mütəxəssisin yerini və rolunu daha yaxşı anlamaq istəyirsinizsə, yaxşısı budur, «dizayn» sözünü bir kənara atın. Çünki bir çoxumuz bu sözün mənasını qrafika ilə əlaqələndiririk. Habluki, qrafikanın geym-dizaynerə heç bir dəxli yoxdur. У большинства из нас оно ассоциируется с графикой. Onun gördüyü işə daha yaxın olan kəlimə isə «mühəndis»dir. Bəli, geym-dizayner oyun layihəsinin məntiqini quran bir növ baş mühəndisdir. Qarşısında duran vəzifələr olduqca genişdir. O, həm güclü məntiqə, həm də riyaziyyat, informasiya texnologiyaları, ingilis dili və sair biliklərə sahib olmalıdır. Başqa sözlə, oyun tərtibatçılığı üçün geniş biliklər tələb olunur. Əsl mütəxəssis həm proqram məntiqini, oyun psixologiyasını anlayır, həm ehtimal nəzəriyyəsini bilir, həm də differensial tənlikləri həll etməyi bacarır.

Canada, Edmonton

Təbii ki, bütün bu təcrübə və biliklərə sahib olan mütəxəssisləri tapmaq asan deyil, amma belələrinə ehtiyac getdikcə artır. Nəticədə belə mütəxəssislər üçün nəzərdə tutulan məvacib həcmi də artaraq öz növbəsində lazımi insanları oyun tərtibatçılığını peşə olaraq seçməyə təşviq edir.

Oyun industriyası üzrə təhsil?

Oyun industriyası üçün mütəxəssislərin çatmazlığı hiss olunur. İlk növbədə bu, geym-dizaynerlərə, prodüserlərə və layihələrdə taktiki qərarlar verən digər mütəxəssislərə aiddir. Bu insanlar yeni kompüter oyununun əsas ideyalarını yaradır, sənədləşdirir və icraçılara çatdırırlar. Onlar oyunun əvvəlcədən necə düşünülübsə, elə də tərtib olunmasına nəzarət edirlər. Geym-dizayner hələ oyun tərtib olunmağa başlamadan əvvəl onun necə olacağını görməli, gördüyünü rəssamlara və proqramçılara çatdırmalıdır.

gd_2

Geym-dizayner vəzifəsinə namizədlərin bir çoxu oyun industriyasına qoşulmağa can atırlar, amma onlardan tələb olunan işi düzgün başa düşmürlər. Təbii ki, belələri oyun tərtibatçılığı ilə məşğul olan şirkətlərdə yaxşı vəzifə ala bilməyəcəklər. Lakin təhsil bu işdə marağı olan insana həm bilik, həm də şirkətlərin istədiyi geym-dizayner olmaq üçün inkişafetmə istiqaməti verir. Alınan təhsil gələcək mütəxəssis üçün həm məsələnin ümumi mənzərəsini göstərir, həm oyun tərtibatçılığının metodologiyasını öyrədir, həm də tələbə layihələrinin həyata keçirilməsi vasitəsilə ona ilkin təcrübə qazandırır. Bütün bunlar, şübhəsiz, iri tərtibatçı şirkətdə iş tapmaq şansını artırır.

Təhsili harada almaq olar?

Geym-dizayn üzrə təhsil, nə qədər təəccüblü olsa da, qrafikadan başlamışdı. Daha sonra ABŞ-a köçən Kanadanın DigiPen məktəbi burada oyun tərtibatçılığı üzrə tam kompleks təhsil aldıqdan sonra məzunlara bakalavr dərəcəsi verən ilk təhsil qurumlarından biridir. Bu, 2008-ci ildə baş verdi. Sahədə ilk addım atanlardan biri isə hələ 1996-cı ildə oyun tərtibatçılığı üzrə kurslar təşkil edən Şotlandiyanın Abertay Dundee universiteti olmuşdur.

Eyni zamanda cari əsrin əvvəllərində dünya oyun industriyasında baş verən kəskin artış öz növbəsində oyun tərtibatşığılı üzrə təhsil verən məktəblərin inkişafına təkan verdi. Bunların arasında Almaniyanın Oyun Akademiyası (Games Academy), San-Fransiskonun İncəsənət Akademiyası (Academy of Art University), habelə Darmştadt tətbiqi elmlər universiteti (Darmstadt University of Applied Sciences) vardı. Hal-hazırda geym-dizayna xüsusi diqqət yetirən ölkələrdən biri Finlandiyadır. Buna təkan verən amil kimi məşhur Angry Birds mobil hit seriyasını yaradan Rovio Entertainment və Clash of clans oyununu yaradan Supercell şirkətləri göstərilə bilər. Bu şirkətlərin əldə etdiyi uğur oyun industriyasında inanılmaz investisiya bumu yaratdı. Bu şirkətlərdə mobil hitlər yaradan və sonradan oradan ayrılan mütəxəssislər yeni studiyalar açaraq bazarda prodüser və feym-dizayner tələbatını artırdılar. Bu isə, öz növbəsində Finlandiyada həmin sahə üzrə peşə təhsilini stimullaşdırdı. Oyun üzrə təhsil Almaniyada da inkişaf etməkdədir. Bu ölkədə artıq bir neçə ildir ki, komyuniti menecerdən başlayaraq geym-dizaynerədək oyun industriyasında tələb olunan bütün ixtisaslar üzrə təhsil verilir. Bu təhsil qurumları ilə yaxından tanış olaq.

Abertay Dundee Universiteti (Şotlandiya)

Abertay_Kidd_building

Abertay Dundee universitetinin 125 illik tarixi var. Kompüter oyunları üzrə kurslar burada 1996-cı ildən etibarən aparılır. Məhz bu universitetdə dünyada ilk dəfə olaraq kompüter oyunlarının tərtibatı ilə bağlı diplom verilməyə başladı. Tədris proqramı geym-dizayn və proqramlama daxil olmaqla videooyun tərtibatının müxtəlif aspektlərini əhatə edir. Tədris proqramının sonunda məzunlar dörd ixtisasdan biri üzrə diplom alırlar: geym-dizayner, proqramçı, layihə meneceri, ya da kreativ direktor. Tədris prosesində tələbələr kiçik studiyalar quraraq birgə səylərlə oyun tərtib edirlər. Yeri gəlmişkən qeyd edək ki, oyun ruhu Abertay Dundee universitetində hələ kompüter kursları başlamadan əvvəl hiss olunurdu. Universitet məzunlarından biri Deyv Cons hazırda Rockstar North kimi tanınan DMA Design studiyasının təsisçisidir.

Games Academy, Berlin (Almaniya)

gd_5

Berlində oyun studiyalarında işləmək üçün tələb olunan təhsili almaq üçün akademiya var. 2000-ci ildə fəaliyyətinə başlayan Akademiya oyun tərtibatının hər hansı müəyyən aspekti üzərində fokuslanmır. Burada gem-dizaynerlər, proqramçılar, rəssamlar, animatorlar və audio-dizaynerlər hazırlanır. Müəllimlər arasında nəzəriyyəşilər yoxdur. Onların böyük əksəriyyəti alman studiyalarının, o cümlədən, Crytek, Royal Revolt mobil oyununu yaradan Keen Games, habelə DarkOrbit və Drakensang Online-ın müəllifi Bigpoint studiyasının əməkdaşlarıdır. Bakalavr səviyyəli tədris 2 il davam edir və 20 min avroya başa gəlir. Oyun tərtibatının əsaslarını öyrənmək istəyənlər isə 500 avroya iki həftəlik intensiv kurs keçə bilərlər.

Darmstadt University of Applied Sciences (Almaniya)

Darmstadt University of Applied Sciences

Tətbiqi elmlər universitetində tədris edilən geym-dizayn kursu tələbələrə sadəcə oyun nəzəriyyəsi və dramaturgiya deyil, eləcə də proqramlamanın və modelləmənin əsasları sahəsində bilik verir. Burada sizə aydın şəkildə sübut edəcəklər ki, işin texniki tərəfi də olduqca mühüm və vacibdir. Universitetə konkurs əsasında daxil olmaq olar. Yaradıcılıq konkursunda abituriyentlərdən yalnız özlərini görkəmli şəkildə təqdim etmək tələb olunur. Məzunlar adətən alman studiyalarının birində, o cümlədən, Yager, Bigpoint və Crytek-də işlə təmin olunurlar. Odur ki, tədris prosesində siz ən müasir oyun texnologiyaları ilə tanış ola biləcəksiniz.

San-Fransisko İncəsənət Akademiyası (ABŞ)

gd_1

İncəsənət Akademiyası oyunların vizual qismi ilə bağlı 20-dən çox ixtisas, o cümlədən, art-direktor, kreativ direktor, prodüser, tekstura üzrə rəssam və s. üzrə bakalavr və magistr hazırlayır. Tələbələri Electronic Arts, Crystal Dynamics, Rockstar Games və digər studiyalar diqqətlə izləyir və onların arasından özünə kadrlar seçir. Bu səbəbdən tələbələrin işə düzəlmə problemlərinin olmadığını deyə bilərik. Tədris proqramı sertifikatlaşdırılmışdır.

DigiPen Texnoloji Universitet (ABŞ)

digipen1

DigiPen universitetinin tarixi 1988-ci ildən başlayır. Kanadada qurulan bu qurumun əvvəllər təhsil ilə bir əlaqəsi yox idi. Belə ki, əvvəllər bu ad altında kompüter modelləşdirməsi və animasiya ilə məşğul olan bir şirkət fəaliyyət göstərirdi. Lakin 1994-cü ildə Nintendo-nun dəstəyi ilə DigiPen kompüter qrafikası məktəbini açdı, iki il sonra isə bakalavr diplomu vermək hüququnu qazandı. Beləliklə, DigiPen dünyada yalnız kompüter oyunları üzərində ixtisaslaşan ilk ali məktəb ünvanını əldə etdi. Bu ali məktəbdə oyun tərtibatının müxtəlif sahələri ilə bağlı ixtisas sahibi olmaq olar. Misal üçün, burada real vaxtda interaktiv simulyasiya üzrə kompüter elmləri bakalavrı adını da almaq olar. DigiPen tələbələri mütamadi olaraq IGF və digər oyun festivallarında iştirak edib qaliblər arasında yer alırlar.

Ubisoft kampusu (Kanada)

Ubisoft

İri oyun şirkəti həmişə yeni kadr axtarışında olur və bir çox halda bu kadrları elə özü yetişdirir. 2005-ci ildə Ubisoft Monrealın Kvebek universiteti nəzdində kampus açaraq orada tələbələrə Ubisoft mütəxəssisləri tərəfindən üçboyutlu modelləşdirmə, animasiya, habelə personaj və səviyyə dizaynı üzrə verilən mühazirə kursunu təqdim etməyə başladı. Şirkət bu təşəbbüsün həyata keçirilməsi üçün 1 milyon dollar ayırdı. Bu məbləğin böyük hissəsi Ubisofta işə götürülmə şansı yüksək olan ən istedadlı tələbələrin stipendiyasına xərclənir.

Vankuver kino sənəti məktəbi (Kanada)

Vancouver Film School

Vancouver Film School tələbələrə bir illik oyun dizaynı kursunu təklif edir. Bu kurslaran keçənlər oyun dizaynının müxtəlif aspektləri barədə məluma, eyni zamanda işlə təmin olunmaq üçün yetərli portfolio toplaya bilərlər. Tədris müddətinin bir qədər qısa olmasına baxmayaraq bu məktəbin məzunları industriyada rəğbətlə qarşılanırlar. Belə ki, Los Angeles Times bu kursları oyun studiyaları rekruterləri arasında ən çox sevilən kurs adlandırıb. Buradan məzun olanlar BioWare, Rockstar Games, Capcom, Ubisoft və digər studiyalarda işləyirlər. Onların yaratdığı layihələr arasında isə Mass Effect 3, Star Wars: The Old Republic, Halo 4 və Sleeping Dogs göstərilə bilər.

***

Keçmiş SSRİ məkanında da bir neçə proqram və ya ayrıca kurslar təşkil etmək cəhdi oldu. Lakin oyun industriyası üçün kadrlar hazırlayan ilk ümumtəhsil proqramı yalnız 2014-cü ildə Rusiyanın Milli Tədqiqat universiteti nəzdindəki Ali biznes-informatika məktəbində təşkil oluna bildi. Səkkiz aylıq peşəkar hazırlıq kursu tələbələrə geym-dizayner, prodüser, oyun layihəsi rəhbəri vəzifələrində tələb olunan əsas bacarıqlara yiyələnməyə imkan yaradır.

DigiPen

Sözü gedən tədris proqramı müəyyən biznes məqsədlərinə yönəldilib, bu səbəbdən dərs demək üçün ekspert praktiklər cəlb olunublar. Məzunların əksəriyyəti tədris tamamlandıqdan sonra iri oyun tərtibat studiyalarına işə düzəlirlər, ya da öz studiyalarını yaradırlar. Hər payız burada «Oyun İnternet layihələrinin menecmenti» adlı peşəkar hazırlıq proqramına, habelə həftəlik «Onlayn oyunlarından qazanc əldə etmə praktikası» adlı ixtisas artırma proqramına dinləyici qəbulu elan olunur.

Xatırlatmaq yerinə düşər ki, təkçə ixtisas üzrə təhsil almaq uğur üçün yetərli deyil. Bu, sadəcə insana lazımi biliklərin verilməsi və onu gələcək inkişaf yolunda düzgün istiqamətləndirilməsi üçün tələb olunan bir mərhələdir. Əldə edilən bilik və bacarıqları hər kəs özü bildiyi kimi tətbiq edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -