spot_img
20 апреля, 2024
ДомойТелекомСобытия“BakuTel-2016” sərgisi çərçivəsində 2 dekabr “İnformatika təhsili” mövzusunda 3-cü açıq panel müzakirəsi...

“BakuTel-2016” sərgisi çərçivəsində 2 dekabr “İnformatika təhsili” mövzusunda 3-cü açıq panel müzakirəsi keçiriləcək

“BakuTel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində, Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə 2 dekabr “İnformatika təhsili” mövzusunda 3-cü açıq panel müzakirəsi keçiriləcək.

Paneldə həm yerli, həm də xarici mütəxəssislər iştirak edəcək. Xarici çıxışçılardan biri İOİ Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Prof.Dr.Krasimir Manevdir. Panelçilər müxtəlif təhsil səviyyələrində informatika tədrisinin strateji və praktik problemləri, beynəlxalq yarışların xüsusi rolu, informatika təhsili və informasiya texnologiyaları sənayesi arasında qarşılıqlı əlaqə müzakirə olunacaq, auditoriya ilə fikir mübadiləsi aparılacaq.

Tədbirin proqramı:

2 dekabr 2016, Bakı Ekspo Mərkəzi, 2-ci mərtəbə, otaq 22

10:30-11:00 — Qeydiyyat və çay süfrəsi
11:00-11:05 — Salamlama və panel üzvlərinin təqdimatı
11:05-12:05 — Hər panel üzvü mövqeyini maksimum 8 dəqiqəlik çıxışda bildirir
12:05-13:00 — Panel üzvləri auditoriyadan gələn sual və rəylərə cavab verir
13:00-13:20 — Hər panel üzvü maksimum 3 dəqiqəlik yekun sözü deyir
13:20-13:25 — Təşəkkürlər və yekun nəticə

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -