spot_img
28 марта, 2024
ДомойБлогиАзербайджанские БлогиTexnoloji yeniliklər və onlara müqavimət

Texnoloji yeniliklər və onlara müqavimət

Xəbər portallarını izləyən hər kəs bildi ki, son günlərdə Fransada ciddi taksi böhranı yaşandı. Səbəbkar isə ABŞ mənşəli Uber şirkətinin Fransada göstərdiyi fəaliyyətdir. Belə ki, hüquqi manevr ilə taksi lisenziyası almadan faktiki taksi xidməti göstərən Uber yerli taksi sürücülərinin çörəyinə bais olduğundan taksiçilər üsyana qalxdı. Bəs bu qovğada kim haqlıdır?

blog_Uber_Riot

Bu konfliktdə 4 tərəf var: taksiçilər, Uber, Fransa qanunları(dövləti), müştərilər.

Taksiçilər niyə üsyan edir? Onlara görə ədalətli rəqabət pozulub. Onlar yüksək məbləğ, vergi və.s. verib taksiçilik edirlər və filan qiymətə xidmət göstərirlər, Uber isə bunlardan yayındığından filan qiymətdən xeyli aşağı qiymətə fəaliyyət göstərir və təbii ki qiymət ucuzluğuna görə sürətlə taksi sektorunu ələ alır. Taksiçilər haqlıdırlarmı? Deyəsən hə.

Bəs Uber haqsızdırmı? Yəqin ki, yox. Çünki başlanğıcda bütün işlərini leqal olaraq qurub fəaliyyət göstərir.

Bəs müştərilər? Müştəri hər zaman haqlıdır, hansı xidmət ona sərf edirsə, ondan istifadə etmək hüququ var.

Bəs günah kimdədir? 4 tərəfdən 3-nü günahsız çıxardıqsa, avtomatik olaraq günah Fransa qanunlarının üzərində qalır.

Bu yazını yazmaqda məqsədim sırf bu problemdən danışmaq və Fransa qanunlarını tənqid etmək deyil, bu heç kimə lazım deyil. Paylaşmaq istədiyim şey bu problemin tək Fransaya, tək nəqliyyat sektoruna yox, daha ümumi cəmiyyət və insan psixologiyası əsasında formalaşan bir modelə əsaslandığını göstərməkdir.

Tarixə qısaca nəzər salaq:

– 19-cu əsrin sonlarında Azərbaycanda ilk neft boruları çəkilməyə başladı. İlk olaraq Robert Nobel tərəfindən irəli sürülən bu təşəbbüs sonradan digər sahibkarların da marağına səbəb oldu. Məqsəd isə aydın idi, o vaxta qədər yeganə vasitə olan çəlləklə neft daşımaq metodu, həm baha, həm ləng, həm də ətrafı çirkləndirən iş idi. Bu inqilab 100-lərlə çəlləkdaşıyanı, onları nəql edən at arabası sahiblərini işsiz qoydu. Onlar nə etdilər? Borulara hücum çəkdilər. Bir neçə belə həmlədən sonra sahibkarlar məcbur qalıb boruları müdafiə etmək üçün xüsusi postlar və dəstələr yaratdı (Bu haqda James Dodds Henry “Baku, an eventful history”, 1905. kitabında ətraflı bəhs olunub)

blog_oil_field

– 19-cu əsrin sonlarında okeanın o tayında başqa bir dava gedirdi – “Elektrik müharibəsi” davası (War of currents). Davanın tərəfləri Tomas Edison və Nikola Tesla idi. Bir tərəf inadla sabit cərəyanı müdafiə edirdisə, digər tərəf sabit cərəyanın uzaq məsafələrə ötürülməsinin çətin olması, itkilərin daha çox baş verməsi və.s. səbəblərə görə dəyişən cərəyan ilə qurulan şəbəkələrin tərəfdarı idi. Bu çox uzun çəkən bir savaş oldu və sonda qazanan Tesla tərəf oldu. Düzdür fərd olaraq Edison Tesladan daha varlı və dövrü üçün daha məşhur oldu(çünki o alimliyindən 100 dəfə daha çox biznesmen, patent dəllalı, uğurlu iş adamı idi), amma mövqelərin savaşında birmənalı qələbə Teslanın oldu. Ki bu gün bütün dünya dəyişən cərəyanlı elektrik şəbəkələrindən istifadə edir.

blog_tesla_edison

– Dünya elmini, insanlığı yüzillərlə qabağa sıçradan kəşflərdən biri də kitab çapının kəşfi oldu. Bu təbii ki, çörəyi əlyazmadan çıxan kitab mirzələrinin xoşuna gələ bilməzdi və gəlmədi də. Amma müqavimət yersiz idi, fərq apacıq idi. Yeganə ciddi maneə çox təəssüf ki, Osmanlı imperiyasında oldu. Əlyazmaçılar və din tacirlərinin ciddi müqaviməti və saxtalaşdırılmış dini yozumları nəticəsində 1483-cü ildən 1729-cu ilə qədər Osmanlıda rəsmi əlifbada kitab çapı qadağan olunmuş oldu. İlk əvvəllər hətta qaydanı pozana ölüm cəzası düşürdü.

blog_osmanli

Bu siyahını çox uzatmaq olar. Amma kifayətdir. Nəticəyə gələk.

Nəticə odur ki, insanların ehtiyaclarının ödənməsinə yönəlmiş sənaye həlləri zaman-zaman optimallaşır, inkarı inkar edərək irəliyə gedir. Bu zəncirin hər bir halqasında keçmiş zəncirdən çörək qazananlar yeni zəncirə keçidə var gücləri ilə müqavimət göstərirlər. Hər müqavimət ümumi inkişafı bir qədər ləngidir, amma heç vaxt saxlaya bilmir. Bu bir qədər trend zamanı Foreks dalğalarının özlərini aparmağına bənzəyir. Hər artışdan sonra müəyyən korreksiya dalğası olur, sonra artış yenə yoluna davam edir.

blog_ElliotWave

Mövzunun əvvəlində açılan taksi məsələsində də sonuc eyni olacaq. Əvvəl axır dövlətlər məcbur olub ədalətli rəqabəti təmin edəcək, amma rəqabətin ədalətli olmasına rəğmən yenə də yeni yanaşmalar qalib gələcək. Çünki müştəri sonda yeniliyi, ona sərf edən variantı seçir. Yeni texnologiyalar, həllər çıxdıqca, lazımlılığı itirən peşələr hər zaman olub və daim də olacaq. Peşələrinin varlığını itirməkdə olanların da müqaviməti şəxsi mənafeyə əsaslandığından hər belə keçiddə olacaq. Bizə düşən isə qalibin kim olacağını öncədən görmək və bir də peşə seçərkən “ölməkdə olan peşə” növlərindən yayınmaqdır 🙂

Mənbə: e-haci.net.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -