spot_img
25 апреля, 2024
ДомойТелекомСобытияTəhsil və Karyera sərgisində elektron təhsillə bağlı seminarlar olacaqdır

Təhsil və Karyera sərgisində elektron təhsillə bağlı seminarlar olacaqdır

9-11 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 9-cu Beynəlxalq Təhsil və Karyera sərgisi olacaqdır. Bu tarixlərdə həm xaricdə təhsil alma arzusu olan gənclər, həm iri şirkətlərdə işə düzəlməyə hazırlaşan məzunlarla yanaşı təhsil sektorunda çalışan şəxslər də faydalana biləcək. Belə ki, oktyabrın 9-də Bakı Ekspo Mərkəzinin seminar otağında Ultra Technologies şirkətinin təşkilatı ilə “Elektron Təhsil və təhsildə innovativ yanaşma” mövzusunda 3 hissədən ibarət seminarlar keçiriləcəkdir.

Eduman_pr

Seminarların mövzu və planları belədir:

9 oktyabr 2015

14:00 – 15:00 – Eduman: Təhsilin innovativ planlaşdırılması və idarəolunması sistemi

15:00 – 15:30 – Eduman: Mərkəzləşdirilmiş imtahan idarəetmə sistemi

15:30 – 16:00 – Eduman: Sistemdə Tələbə, Müəllim, Valideyn şəxsi kabinetləri

16:00 – 17:00 – DocNet: Elektron Sənəd Dövriyyəsi Sistemi

Qeyd edək ki, planlaşdırılan bütün seminarda iştirak pulsuzdur. Seminarlar Ultra Technologies şirkətinin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcəkdir. Seminarda iştirak etmək üçün öncədən qeydiyyat vacibdir. Qeydiyyat üçün bu linkə daxil olub lazımı məlumatları doldurmalınız: http://seminar.ultra.az/edu

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -